Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 16:52

Daxili İşlər Nazirliyi: 'Yalandır'


Əli Kərimli: "Saxta seçkini boykot etdiyi üçün Azərbaycan xalqına təşəkkür edirik"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Əli Kərimli: "Saxta seçkini boykot etdiyi üçün Azərbaycan xalqına təşəkkür edirik"

AXCP və DİN-dən fərqli açıqlamalar.

Milli Şura və Müsavat Partiyasının aprelin 14-də keçirdiyi mitinqdən əvvəl inzibati həbs edilənlərlə bağlı deyilənlər müxalifətlə Daxili İşlər Nazirliyi (DİN) arasında mübahisəyə səbəb olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli mitinq zamanı bildirmişdi ki, aksiya ərəfəsində onların 8 fəalı saxlanaraq inzibati qaydada həbs edilib. AXCP sədri onlara 15 gündən bir aya qədər inzibati həbs cəzası verildiyini açıqlamışdı. Partiya sədri bunu hüquq mühafizə orqanlarının mitinqin kütləviliyinin qarşısını almaq cəhdi adlandırmışdı.

DİN-dən nə deyirlər?

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidməti isə aprelin 14-də axşam saatlarında fərqli açıqlama yayıb.

“Milli Şuraya daxil olan partiya və birliklərin funksionerlərinin son günlər onların 6 üzvlərinin inzibati qaydada həbs olunduğu barədə iddiaları əsassızdır, yalandır”.

Bunu APA agentliyinin xəbərinə görə, DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

E. Zahidov bildirib ki, son 3 gündə müxtəlif növ inzibati xəta törətdiyindən ölkə üzrə 6 nəfər deyil, 62 nəfər məhkəmələrin çıxardığı qərarlarla inzibati qaydada həbs olunub:

“Onların arasında iqtidar partiyasının da, müxalifət partiyasının da üzvü və ya tərəfdarları, eləcə də fəhləsindən tutmuş ziyalısına qədər, hər kəs ola bilər. Bəs nəyə görə müxalifət partiyalarının funksionerləri inzibati qaydada həbs olunan 62 nəfərin deyil, yalnız onlardan 6 nəfərin müdafiəsinə qalxır? Deməli, bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər. Amma bilməlidirlər ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qayda-qanuna əməl etmək hamının borcudur. Burada istisnalar yoxdur”.

Müxalifət Bakıda mitinq keçirdi [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

AXCP-dən nə deyirlər?

AXCP-dən İradə Nəriman Azadıq Radiosuna deyib ki, mitinqin təşkilatçılarından 6 nəfər saxlanıb və onlara inzibati həbs cəzası verilib.

“Bunlar Saqif Qurbanov, Vidadi Guliyev, İsmayıl Həsənov, Baba Suleymanov, Əli İmanxanlı və Ruslan Nəsirlidir. Aprelin 13-də saxlanaraq məhkəmələrin qərarı ilə hər biri 15 sutka inzibati həbsə məhkum edilib”

İradə Nəriman deyib ki, AXCP Şəki şöbəsinin 7 fəalını da polis yolda saxlayıb:
“Onları Xırdalanda Abşeron Rayon Polis İdarəsinə aparıblar, aksiyanın bitməsinə az qalmış Şəkiyə geri qaytarıblar”

Vəkil görüşə hazırlaşır

Vəkil Əsabəli Mustafayev də AzadliqRadiosuna 6 nəfər fəalın inzibati cəza aldığını bildirib.Ə. Mustafayev deyib ki, onlarla aprelin 16-da, bazar ertəsi görüşmək niyyətindədər:

“Hələlik, heç nə deyə bilmərəm, nə şəraitləri, nə hansı maddə ilə ittiham olunduqları barədə. Güman ki, ənənəvi ittihamdır, polis müqavimət”.

Xatırlatma

Aprelin 14-də Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilib.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Mitinqdə «Xalqın seçki hüququnu özünə qaytar!» və başqa şüarlar səsləndirilib.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin hesablamasına görə, hazırkı dövlət başçısı İlham Əliyev qalan 7 nəmizədi böyük fərqlə geridə qoyub.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

Multimedia

XS
SM
MD
LG