Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Milli Şura mitinqlə bağlı müraciət göndərib


Müxalifətin aksiyası, Məhsul meydanı, 19 yanvar 2019

Demokratik Qüvvələrin Milli Şurası yenidən mitinq keçirmək istəyi ilə bağlı qərar verib. Növbəti mitinqi sentyabrın 28-nə təyin ediblər.
Bunu AzadlıqRadiosuna bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə, mitinqlə bağlı sentyabrın 13-də artıq Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) də müraciət göndərilib.

“Aksiyada “Qarabağa azadlıq!”, “Seçki islahatları”, “Siyasi məhbuslara azadlıq!”, “Uşaqpulları ödənilsin” və başqa şüarların səsləndiriləcəcəyi gözlənir”,deyə təşkilatçılar vurğulayıblar

Milli Şura son dəfə 2019-cu il yanvarın 19-da Bakıda mitinq keçirib.
Bu mitinqdən sonra Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməklə bağlı bütün müraciətlərinə rədd cavabı verib.Buna səbəb kimi də həmin mitinq zamanı qanunvericilyin tələbinin pozulması və aksiyanın keçirildiyi “ Məhsul” stadionu yaxınlığında obyekt sahiblərinin şikayəti göstərilib.
Milli Şura isə bu izahatı bəhanə sayır, onların fikrincə, hakimiyyət yanvarın 19-da keçirilən aksiyanın izdihamlı alınmasından narahat olub.
Yeri gəlmişkən hazırda “Məhsul” stadionunda təmir-tikinti işləri gedir. Milli Şura da aksiya yeri kimi təklif etdiyi məkanlarda “Məhsul” stadionun adını çəkməyib.
Qurumun son aksiyasında “ siyasi məhbuslara azadlıq”, “ korrupsiyaya yox” kimi şüarlar səslənmişdi.
Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikiri ilə razı deyillər. Onlar hesab edirlər ki, yerli hüquq müdafiəçilərinin siyasi məhbus siyahısına daxil etdiyi şəxslər məhz tərətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Hakimiyyət rəsmiləri, üstəlik, ölkədə korrpsiya ilə mübarzədə də hakim iradənin olduğunu vurğulayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG