Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:28

'Həbsdə köməksiz gənci casusliğa cәlb etmək dövlәt adına rüsvayçılıqdır'


Azerbaijan - Meeting of National Council of Democratic Forces

Mәcburi köçkünlәrin kommunal xәrclәri ilә bağlı prezident sәrәncamına edilən dəyişiklik ictimai etirazların nәticәsizliyi barәdә aşılanan fikirlәri dağıdır.

Bu fikir fevralın 19-da Milli Şuranın Koordinasiya Mәrkәzinin iclasında səsləndirilib. İclasda bildirilib ki,prezident sәrәncamına bu düzәliş ötәn ilin sonlarında Bilәsuvarda Cәbrayıldan olan köçkünlәrin işığa görә keçirdiklәri etiraz aksiyasına haqq qazandırır. Ona görә dә hәmin aksiya zamanı hәbs edilmiş şәxslәr dәrhal azad olunmalıdır.

Koordinasiya Mәrkәzi keçmiş NİDA-çı vә siyasi mәhbus, hazırda Avropaya sığınan Rәşad Hәsәnovun tәhlükәsizlik xidmәti ilә әmәkdaşlığa mәcbur edilməsi haqda etirafına da diqqәti çәkib. Milli Şura üzvlәri bildiriblәr ki, keçmiş MTN-in hәbsxanada kömәksiz bir insanı tәzyiqlә ölkәdaxili müxalif düşәrgәyә qarşı casusliğa cәlb etmәsi dövlәt adına rüsvayçılıqdır. Milli Şura hakimiyyәtdәn bu rüsvayçılığa görә izahat vermәyi vә ictimai-siyasi müxalif fәallara qarşı bu cür fәaliyyәtdәn әl çәkmәyi tәlәb edib.

Son günlәr AXCP fәallarına qarşı tәqib vә tәzyiqlәrin yenidәn güclәnmәsinә dә toxunulub. Şәki, Saatlı, Mingәçevirdә yerli fәalların tәqib olunması AXCP-yә qarşı davamlı repressiyanın tәrkib hissәsi kimi pislәnilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG