Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:25

Milli Məclis beynəlxalq ictimaiyyətə müraciət edib


Milli Məclisin bu gün, martın 30-da keçirilən iclasında bəyanat qəbul olunub. İclasın 31 mart qırğınlarının 100 illiyinə həsr edildiyi açıqlanıb.

Bəyanatda bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi cinayətlərindən 100 il keçir.

“Bakı quberniyasında başlanan kütləvi qətllər, talanlar, daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, və digər bölgələrdə davam etdirildi. 100 minlərlə azərbaycanlı, şovinistlərin vəhşilik əməllərinin qurbanı olub”, sənəddə vurğulanır.

Sənətdə baş verənlər “Böyük Ermənistan” siyasətinin nəticəsi kimi dəyərləndirilir.

Bəyanatda yazılıb ki, həmin siyasətin davamı olaraq 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları başlayıb. Dağlıq Qarabağın işğal edildiyi qeyd edilib.

Milli Məclis beynəlxalq təşkilatlara, dünya dövlətlərinə xitab edib, Dağlıq Qarabağ münaqaşisənin ədalətli həllinə kömək göstərmələrini istəyib.

Xatırlatma

1918-vi il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir.

Tarixçilərin bildirməsinə görə, həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri bolşeviklərlə Müsavat başda olmaqla millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etmişdi.

Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti də mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.

Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra, 1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.

XS
SM
MD
LG