Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:12

Milli Şura icra hakimiyyətinə növbəti mitinq müraciəti göndərib


Milli Şuranın mitinqi, 19 yanvar 2019

Milli Şura növbəti dəfə mitinq keçirməklə bağlı qərar verib.

Bundan ötrü Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edən təşkilatçılar aksiyanın martın 2-də keçirilməsini nəzərdə tuturlar.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, mitinqin şüarları əsasən dəyişməyib.

Bura siyasi məhbulsara azadlıq, Azərbaycandan kənara çıxaırlan vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit borclarının silinməsi, tələblərin xaricidə təhsilinə dövlət dəstəyinin artırılması və başqa məsələlər daxildir.

Milli Şura bundan əvvəl fevralın 23-də və yanvarın 26-da da aksiya keçirmək niyyətində idi. Amma onun bu istəyinə BŞİH razılıq verməmişdi.

Qurum bunu Bakı Şəhər Baş Polis İdarəsinin yanvarın 21-də onlara göndərdiyi müraciətlə əsaslandırmışdı.

Həmin müraciətə əsasən, Milli Şuranın yanvarın 19-da keçirilən mitinqindən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.

Bu müraciəti əsas götürən BŞİH yanvarın 26-na və fevralın 23-nə nəzərdə tutulan mitinqlərə razılıq verməmişdi.

Milli Şura isə bunu bəhanə sayaraq, mitinqə icazə verilməməsini hakimiyyətin bundan əvvəl yanvarın 19-da keçirilən aksiyalarının kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloger Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Aksiyada hakimiyyət korrupsiyada da günahlandırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.

Multimedia

XS
SM
MD
LG