Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 20:46

Mike Pompeo ABŞ-ın yeni dövlət katibidir


Mike Pompeo
Mike Pompeo

ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Mike Pompeo-nu dövlət katibi vəzifəsinə təsdiq edib.

Senatorlar aprelin 26-da Pompeo-nun ölkənin baş diplomatı olması üçün 57-42 nisbətində səs veriblər. Pompeo Trump-ın administrasiyasında sayca ikinci dövlət katibi olur.

Səsvermənin ardınca Ali Məhkəmənin sədri Samuel Alito Pompeo-nun andını qəbul edib.

Trump bu münasibətlə verdiyi bəyanatda bildirib ki, Pompeo “Amerikanın maraqlarını daim üstün tutacaq” birisidir.

Pompeo MKİ-nin rəhbəri kimi Trump-ın 15 aylıq prezidentliyində onun ən çox etibar etdiyi rəsmilərdən biridir.

O Trump-ın Şimali Koreya lideri Kim Jong Un-la nəzərdə tutulan görüşünün təşkilində aparıcı rol oynayıb.

Beləliklə aprelin 27-də NATO xarici işlər nazirlərinin Brüssel toplanışına Mike Pompeo yollanacaq.

Dövlət Departamenti bildirib ki, bundan sonra Pompeo ABŞ-ın Yaxın Şərq müttəfiqlərini – İsraili, Səudiyyə Ərəbistanı və İordaniyanı ziyarət edəcək.

Demokratlar Pompeo-nu davakar siyasət yürütməkdə və bundan əvvəl İslam barədə kəskin bəyanatlar verməkdıə ittiham edirlər.

Trump bundan əvvəlki dövlət katibi Rex Tillerson-u aralarındakı fikir ixtilaflarına görə vəzifəsindən kənarlaşdırıb.

Onların xarici siyasət məsələlərindəki fikir fərqlərindən biri də İranla nüvə sazişinə münasibət idi.

XS
SM
MD
LG