Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Pompeo Təhlükəsizlik Şurasını Guaido-nu Venesuela prezidenti kimi tanımağa çağıracaq


Mike Pompeo
Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo BMT Təhlükəsizlik Şurasının yanvarın 26-da keçiriləcək yığıncağında üzv ölkələri müxalifət lideri Juan Guaido-nu Venesuelanın keçid prezidenti kimi tanımağa çağıracaq. Bu barədə bəyanatı yanvarın 25-də ABŞ Dövlət Departamenti yayıb.

Bəyanatda deyilir: “Dövlət katibi Pompeo Təhlükəsizlik Şurasının üzvlərini və beynəlxalq icmanı Juan Guaido-nu Venesuelanın konstitusiyalı keçid prezidenti kimi tanımaqla beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləməyə, habelə keçid hökumətinin demokratiya və qanunun aliliyinin bərpa olunması üçün səylərinə dəstək verməyə çağıracaq”.

15 üzvü olan şuranın iclası Birləşmiş Ştatlar tərəfindən çağırılıb. Vaşinqton və bir sıra ölkələr Guaido-nu prezident kimi tanımış və Maduronu istefa verməyə çağırmışlar.

Maduro iddia olunan insan haqları pozuntularına və Venesuela iqtisadiyyatını indiki vəziyyətinə gətirdiyinə görə tənqid olunur.

BMT-nin bu çağırışının Maduroya dəstək ifadə etmiş Rusiya tərəfindən müqavimətlə qarşılaşacağı gözlənilir.

Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, əgər BMT Təhlükəsizlik Şurası Venesuelaya dair iclas keçirsə, Moskva beynəlxalq qanunlara riayət olunmasında israr edəcək.

Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzya yanvarın 24-də şuranın iclas keçirməsinə ehtiyac olub-olmadığı barədə suala mənfi cavab verib: “Məncə yox, bu onların daxili işidir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG