Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 17:16

ABŞ Dövlət katibi Şimali Koreyanın ittihamını rədd edib


 Mike Pompeo
Mike Pompeo

ABŞ Dövlət katibi Mike Pompeo, ABŞ-ın Şimali Koreya ilə danışıqlarda özünü “Qanqster” kimi aparması ilə bağlı Pxenyanın ittihamını rədd edib.

Azadlıq Radiosunun Reuters və digər Qərb agentliklərinə istinadla verdiyi məlumata görə, o iyulun 8-də bəyan edib ki, Pxenyan, nüvə silahının ləğvi ilə bağlı lideri Kim Çen İn-ın (Kim Jong Un) vədini yerinə yetirməyincə bu ölkəyə qarşı sanksiyalar qüvvədə qalacaq.

Buna da bax:"Pompeo: Pxenyana sanksiya güzəşti olmayacaq".

Qeyd edək ki, Pompeo bundan əvvəl Pxenyanda Şimali və Cənubi Koreya rəsmiləri ilə danışıqlar aparıb və görüşlərdən sonra danışıqların tam uğurlu olduğunu bəyan edib.

Şimali Koreya isə bu bəyanatdan dərhal sonra, danışıqların nəticəsindən təəssüf bildirib və qeyd edib ki, Vaşinqton nüvə proqramının ləğvi ilə bağlı Şimali Koreyadan birtərəfli addımlar atmağı tələb edir ki, bu Şimali Koreya üçün məqbul deyil.

Pxenyan həmçinin vurğulayıb ki, nüvə silahından imtina etmək ideyasına sadiqdir, amma Vaşinqtonun yanaşması bu məqsədə çatmağa xidmət etmir.

Qeyd edək ki, ötən ay-iyunun 12-də Sinqapurda iki ölkə prezidenti arasındatəkbətək görüş olub və Şimali Koreyanın nüvə proqramından imtina etməsi barədə razılıq əldə olunub.

XS
SM
MD
LG