Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Pompeo: Pxenyana sanksiya güzəşti olmayacaq


(soldan sağa) Mike Pompeo, Kang Kyung-wha və Taro Kono

Şimali Koreya tam nüvə tərksilahı aparmayınca, ona sanksiyalar yüngülləşdirilməyəcək. Bunu ABŞ-ın dövlət katibi Mike Pompeo iyunun 14-də Seulda deyib. Pompeo Seula Cənubi Koreya prezidenti Moon Jae-In-ə bu həftəki sammit barədə məlumat verməyə gedib. İyunun 12-də ABŞ prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong Un Sinqapurda görüşüb.

Pompeo mətbuat konfransını cənubi koreyalı və yapon həmkarları Kang Kyung Wha və Taro Kono ilə birlikdə keçirib.

Dövlət katibi deyib ki, Şimali Koreya “şərtlərə” və “ardıcıllığ”a əsaslanan “sürətli” nüvəsizləşdirmə prosesinin gərəkdiyini anlayır.

Trump-la Kim görüşdən sonra bəyanat imzalamışdılar. Bəyanatda Pxenyanın “Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsinə doğru işləməsi” öhdəliyi vurğulanırdı.

Ancaq tənqidçilərin fikrincə, bəyanatda Pxenyanın nüvə silahlarından əl çəkməsi üçün konkret vaxt qoyulmalıydı.

Pompeo isə aydın şəkildə deyib ki, tam nüvəsizləşdirmə əldə olunmayınca sanksiyalar qaldırılmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG