ABŞ-ın vitse-prezidenti Mike Pence-in iyulun 31-də Gürcüstana səfəri başlayır.
Pence Gürcüstanda iyulun 30-da başlamış genişmiqyaslı NATO təlimlərinə qatılacaq.
“Layiqli Tərəfdaş” adlı ikigünlük təlimlərdə 5 NATO ölkəsi ilə yanaşı, Şimali Atlantik Şurası ilə əməkdaşlıq edən 3 ölkə də iştirak edir.
Proqram çərçivəsində Gürcüstan rəhbərliyi ilə iki ölkə arasında münasibətlərin inkişafı mövzusunda görüşlər də nəzərdə tutulub.
Amerikalı vitse-prezident Tbilisiyə Tallindən gəlir. Tallində o, Estoniya, Latviya və Litva rəhbərləri ilə görüşüb. Səfərdə məqsəd Rusiyanın regiondakı niyyətlərindən narahatlıq bildirən ölkələrə ABŞ-ın dəstəyini çatdırmaqdır.
Gürcüstandan sonra Mike Pence bu yaxınlarda NATO-ya daxil olmuş Monteneqroya səfər edəcək.