Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:51

Michelle Obama Trump-ın dediklərini 'qəddar və qorxunc' adlandırıb


Michelle Obama
Michelle Obama

ABŞ-ın birinci ledisi Michelle Obama prezidentliyə namizədlərdən birinin qadınlar və onların bədənləri barədə dediyi sözləri "qəddar, qorxunc və üzücü" adlandırıb. "The New York Times" yazır ki, xanım Obama bu sözləri cümə axşamı günü Nyu Hempşirdəki nitqində söyləyib.

NÜMUNƏ

"Bu, normal deyil. Bu, adi siyasət deyil. Bu rüsvayçılıqdır. Bu dözülməzdir. ...Heç bir qadın belə münasibətə layiq deyil. Heç birimiz belə təhqirə layiq deyilik. Buna dərhal son qoyulmalıdır".

Birinci ledi söyləyib ki, bütün dünya Birləşmiş Ştatlara qadın hüquqları və təhsili sahəsində nümunə kimi baxır.

"Ancaq bizim gündəlik həyatda qadınları alçaldan, qadınlara cinsi təcavüzlə lovğalanan prezidentimiz olsa, onda dünyada mənəvi nüfuzumuzu necə saxlayarıq? Biz necə azadlıq, ədalət və insan ləyaqətinin mayakı kimi qala bilərik?" – deyə Obama sual edib.

Buna da bax: Trump yeni qalmaqalın mərkəzində

DEYİR, CİDDİ DƏLİLLƏRİ VAR

Respublikaçıların prezidentliyə namizədi Donald Trump bir neçə qadına sataşması barədə mətbuatda çıxan yazıları "tam yalan" və "saxta ittihamlar" adlandırıb.

"Bu hadisələr heç vaxt baş verməyib və bunu deyənlər də bunu çox yaxşı başa düşürlər", cümə axşamı günü Floridada tərəfdarları qarşısında çıxış edən Trump deyib.

Trump "ortaya qoymağa ciddi dəlilləri" olduğunu və onları "tezliklə uyğun zamanda" açıqlayacağını deyib.

Buna da bax: «ABŞ-dan öncə qadınlara seçki hüququ vermiş Azərbaycan...»

O, həmçinin bildirib ki, Hillary və Bill Clinton-lar bu əhvalatların saxta olduğunu "çox yaxşı" bilirlər. O, ABŞ mətbuatını Clinton-larla sözləşərək onun namizədliyini darmadağın etmək cəhdində suçlayıb.

Trump "New York Times" qəzetindən yaydığı yazının təkzibini tələb edərək nəşri məhkəməyə verməklə hədələyib. Qəzetin hüquqşünası isə məqaləni müdafiə edib və Trump-la məhkəmədə görüşmək fürsətini alqışlayıb.

“İNANDIRICI VƏ GÜCLÜ ARQUMENTLƏR”

Hillary Clinton-sa Trump-a qarşı ən son ittihamlara cavab olaraq adamları Michelle Obama-nın nitqini dinləməyə çağırıb. O, birinci ledinin "seçkilərin əhəmiyyəti barədə inandırıcı və güclü arqumentlər" ortaya qoyduğunu deyib.

Müşahidəçilər Trump-a qarşı ittihamların onun prezident seçilmək şansını ciddi zəiflədə biləcəyini düşünürlər.

Siyasi sayt olan "RealClearPolitics" yazır ki, indi, seçkilərə bir aydan da az qalmış, Clinton ölkə boyu Trump-dan 6 faiz irəlidədir.

Bir çox respublikaçılar artıq Ağ Evdən əllərini üzərək diqqəti Konqresə nəzarəti qoruyub saxlamağa yönəldirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG