Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

Ekspert meyvələrin baha olmasından danışır...


Yay mövsümünə baxmayaraq son günlər Azərbaycan paytaxtı Bakıda tez-tez meyvələrin qiyməti ilə bağlı şikayətlər diqqət çəkir.

Xüsusilə, sosial şəbəkə istifadəçiləri yazırlar ki, qiymətlər ötən illə müqayisədə yüksəkdir.

Onlar yerli əriyin qiymətinin 5-8, gilasın isə 4-7 manat arasında dəyişdiyini bildirirlər.

“Bu qiymətlər keçən illə müqayisədə 2-3 manat yüksəkdir. Yerli mal niyə belə baha olsun?” deyə bəzi şəxslər sual edirlər.

Hələ bu ilin aprelində müşahidə edilən kəskin hava şəraitindən sonra bəzi ekspertlər bir sıra meyvələrin, xüsusilə də əriyin baha olacağını proqnoz etmişdilər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə meyvələrin baha qiymətini istehsalın zəif olması ilə əlaqələndirir. Onun sözlərinə görə, ildə bir nəfərə cəmi 140 kilo meyvə istehsal edilir və bu normadan 2 dəfə azdır:

“Ümumi istehsal edilmiş meyvələrin 100 tonu idxal edilir. Zəif istehsal bazarlarda qıtlıq yaradır. Bundan da sahibkarlar istifadə edərək, qiymətləri qaldırır”.

Ekspert qeyd edib ki, qonşu Türkiyədə meyvələrin qiyməti Azərbaycanla müqayisədə ucuzdur.

Vahid Məhərrəmov məhsuldarlığın aşağı olmasını bir neçə səbəblə izah edib:

“Meyvə ağacları əkilmiş torpaq sahələrində suvarma çox pisdir. Bundan əlavə, ölkəyə gətirilən, fermerlərə paylanan gübrənin və pestisidlərin keyfiyyəti aşağıdır. Gübrəni və pestisidləri ölkəyə məmurlar gətirir deyə, onların keyfiyyəti yoxlanılmır. Digər adamlar isə keyfiyyətli gübrəni ölkəyə gətirə bilmir, çünki digər sahələr kimi, bu sahə də monopoliyadadır. Bundan başqa, fermerlər məhsuldarlıqla, əkinçiliklə bağlı maarifləndirilmir. Nəticə isə göz qabağındadır. Məhsuldarlıq düşür, qiymətlər qalxır”.

Ekspertin dediklərinə, hələlik, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərindən münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədə kənd təsərrüfatının və o cümlədən meyvəçiliyin inkişafından danışırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG