Keçid linkləri

2026, 21 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Bakı metrosunda hərəkət bərpa edilib [Videolar]

Sərnişinlər təxliyə olunub
Sərnişinlər təxliyə olunub

Saat 15 radələrində Bakı Metropoliteninin fəaliyyətinin bərpa olunduğu açıqlanıb.

"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

Xatırlatma

Bakı metrosunda bundan öncə də müəyyən texniki problemlər yaransa da, fəaliyyətin bu dərəcədə uzunmüddətli (saatlarla) dayanması qeydə alınmamışdı.

Bəzi ekspertlər hesab edirlər ki, metropolitenin texniki təminatında şəffaflıq yetərincə deyil. Vaqonların alışında, təmir, yenidənqurma işlərində bütün bilgilər ictimaiyyətə çatdırılmır. Mütəxəssislər vurğulayırlar ki, bu cür texniki qəzaların kökündə korrupsiya kimi ciddi amillərin dayanıb-dayanmadığı araşdırılmalıdır.

Bakı metrosunda hərəkət dayanıb

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

İlkin məlumata görə, bu gün, aprelin 21-də saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində texniki nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda nasazlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür: "Metropolitenin fəaliyyətinin yaxın bir saat ərzində bərpa olunacağı gözlənilir".

XS
SM
MD
LG