Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Merkel niyə gəlib (TƏHLİL)


Merkel və Əliyev. Arxiv
Merkel və Əliyev. Arxiv

Almaniya kansleri Angela Merkel Azərbaycana niyə gəlib? Reuters agentliyi yazır ki, Almaniya, Rusiyadan qaz asılılığını azaltmaq üçün Bakıya gəlir.

Məqsəd də Xəzər qazını Avropaya çatdıracaq, Cənub qaz dəhlizini müzakirə etməkdir.

Təhlildə deyilir ki, Merkel Şimal Axını 2 layihəsi ilə əməkdaşlığa sadiq olsa da, hələ də alternativ qaz axtarışındadır.

Şimal Axını 2, Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya çatdırmağı nəzərdə tutur.

Bir yüksək rütbəli Almaniya hökumət rəsmisi Reuters-ə deyib ki, Cənub Dəhlizini inkişaf etdirməkdə çox maraqlıdırlar: “Bu, Avropa Birliyinin yalnız Rusiyadan qaz almamaq, mənbələri müxtəlifləşdirmək barədə strategiyasıdır”.

Bakıda, Merkel enerji məsələlərini, o cümlədən, Azərbaycan qazını Türkiyə vasitəsilə çatdırmaq üçün infrastrukturu yaxşılaşdırmaq məsələsini müzakirə edəcək.

Reuters yazır ki, belə görünür ki, Azərbaycanın böyük qaz iddiaları var: 2020-ci ildən, Şahdəniz qazının ikinci mərhələsi Avropaya 16 milyard kubmetr qaz ötürəcək.

İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan da razılaşıblar ki, Xəzərin nəhəng qaz və neft yataqlarını bölüşdürsünlər.

Cənub Qaz Dəhlizinin rəqibi Şimal axınıdır. Rusiya da Avropaya qaz ixracını artırır.

ABŞ prezidenti Donald Trump da bir tərəfdən, Almaniyaya təzyiq edir ki, Amerikadan sıxılmış qaz alsın.

Keçən ay Trump Almaniyanı Rusiyanın qaz əsirinə çevrilməkdə ittiham edib, Almaniya bununla razılaşmır.

2018-ci ilin 1-ci yarısında, Almaniya qaza olan tələbatının 39 faizi Rusiya qazı hesabına ödəyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG