Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Merkel Tbilisiyə, Yerevana və Bakıya səfərə hazırlaşır


Angela Merkel
Angela Merkel

Sabah avqustun 18-də Berlin ətrafında Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşan Almaniya kansleri Angela Merkelin bunun ardınca Cənubi Qafqaz ölkələri – Gürcüstan, Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırdığı xəbər verilir.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert avqustun 17-də deyib ki, Merkelin Qafqaz səfəri avqustun 23-də Gürcüstandan başlayacaq.

Bundan sonra kansler Ermənistan və nəhayət Azərbaycana səfər edəcək.

Bu səfərdən əvvəl, avqustun 18-də Merkelin Berlin ətrafındakı hökumət iqamətgahında Putinlə görüşü plnalaşdırılıb.

Qərbyönlü Gürcüstan Rusiya təcavüzündən müdafiə məqsədilə NATO və Avropa İttifaqı üzvlüyünə can atır.

Gürcüstan və Rusiya arasında 10 il əvvəl müharibə olub və Rusiya qoşunları Gürücstanın separatçı bölgələrində qalmaqda davam edir.

Bu müharibənin baş verməsinə görə Moskva və Tbilisi indiyədək bir-birlərini ittiham edirlər, lakin müharibənin ardınca Rusiya Gürcüstandan qopmuş Abxaziya və Cənubi Osetiyada hərbi qüvvələrini saxlayıb.

Ötən ay NATO-nun baş katibi Jens Stoltenberg alyansın Gücüstanın üzvlük niyyətini dəstəklədiyini bir daha bəyan edib, hərçənd Tbilisinin NATO-ya qoşulması üçün dəqiq vaxt cədvəli göstərməyib.

Bunun ardınca Rusiyanın baş naziri Dmitry Medvedev NATO-ya xəbərdarlıq edərək demişdi ki, Gürcüstanın alyansa qoşulması yeni və daha “dəhşətli” münaqişəyə səbəb ola bilər.

Merkelin Yerevan və Bakıda aparacağı danışıqların əsas mövzusunun bu iki ölkə arasında davam edən Dağlıq Qarabağ münaqişəsi olacağı gözlənilir.

Bu bölgədə 1994-cü ildən bəri atəşkəs qüvvədə olsa da, gərginlik aradan qalxmayıb.

Merkel Yerevan səfərində həm də ölkənin yeni baş naziri Nikol Pashian-la əyani tanış olmaq imkanı qazanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG