Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Merkel Moskvada Putinlə Yaxın Şərqi müzakirə edəcək


Vladimir Putin (sağda) və Angela Merkel 2019-cu ilin G20 sammitində
Vladimir Putin (sağda) və Angela Merkel 2019-cu ilin G20 sammitində

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün yanvarın 11-də Moskvaya gedəcək.

AzadlıqRadiosunun Rus xidməti Almaniya hökumətinin sözçüsü Steffen Seibertə istinadən bildirir ki, bu təcili səfərin səbəbi İran hərbi komandanı Qassem Soleimani-nin öldürülməsinin ardınca Yaxın Şərqdə yaranmış vəziyyətdir.

Seibertin sözlərinə görə kansler Rusiya prezidenti ilə “hazırda gözərməkdə olan gərginlik ocaqlarını”, o cümlədən Suriya, İraq, Liviya və İranla bağlı vəziyyəti müzakirə edəcək.

Angela Merkeli bu səfərdə Almaniyanın xarici işlər naziri Heiko Maas müşayiət etməlidir.

Merkelin bu səfəri barədə əvvəlcədən xəbər verilməmişdi. O son dəfə Rusiyada Putinlə 2018-ci ilin mayında görüşmüşdü.

Soçidə keçirilən ovaxtkı müzakirələrin mövzusu Ukraynadakı vəziyyət və Minsk razılaşmalarına əməl olunması idi.

Lakin Merkel və Putin ötən dekabrda Parisdə Ukrayna münaqişəsinə dair Normand dördlüyünün görüşündə təmasda olmuşdu.

Rəsmi Berlin Soleimani-nin öldürülməsinə təmkinli reaksiya göstərib.

Almaniya Yaxın Şərqdə gərginliyin eskalasiyasından çəkinməyə və İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişinin qorunub saxlanmasına çağırıb.

Dekabr ayında Almaniya ABŞ-ın Rusiyadan qaz nəql edəcək ŞimalAxını 2 layihəsində çalışan şirkətlərə sanksiya qoyulması qərarını pisləyib.

Merkelin Putinlə bu məsələni müzakirə edib-etməyəcəyi bilinmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG