Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

Rusiya qlobal nüfuz savaşında ABŞ-ı üstələyir – Qərb mediası


Vladimir Putin (solda) və Donald Trump Osakada G20 sammitində, 28 iyun, 2019-cu il
Vladimir Putin (solda) və Donald Trump Osakada G20 sammitində, 28 iyun, 2019-cu il

Parçalanmış Amerika Moskvanın demokratiyalara zərbə vurmaq, ABŞ-ın alyanslarını şübhə altına almaq cəhdlərini önləyə bilmir. Belə bir xəbərdarlıq Pentaqon və müstəqil strategiklərin yeni hesabatında yer alıb. “Politico” dərgisində Bryian Bender yazır ki, Birləşmiş Ştatlar getdikcə Rusiyanın gücləndirdiyi siyasi müharibəyə dirəniş göstərməkdən ötrü əlverişli mövqedə deyil. Bu arada ABŞ-ın hər iki siyasi partiyası da Prezident Donald Trump-ın Moskvaya yanaşmasını tənqid edir.

150 səhifədən artıq hesabatı ABŞ Qüvvələrinin Baş Qərargahı hazırlayıb. Hesabatda vurğulanır ki, ABŞ hələ də Rusiyanın aqressiyasının miqyasını yetərincə dəyərləndirmir. Avropa, Orta Asiya, Afrika və Latın Amerikasında propaqanda və dezinformasiyadan istifadə bu aqqresiyaya daxildir. Araşdırmada həmçinin Rusiyayla Çinin getdikcə yaxınlaşmasının təhlükələrindən söz açılır. Hər iki ölkə Birləşmiş Ştatların beynəlxalq alyanslarından əndişələnir,“avtoritar sabitliyə” meyllənir.

Donald Trump Kim Jong Un ilə görüşür, 30 iyun, 2019-cu il
Donald Trump Kim Jong Un ilə görüşür, 30 iyun, 2019-cu il

Müəlliflərin fikrincə, ölkədəki qarışıqlıq ABŞ-ın bu cəhdləri önləməsini əngəlləyir. Hesabatda Trump tənqid olunmur. Ancaq bu sənədin ortaya qoyulması hər iki partiyadan təhlükəsizliklə bağlı səslənən fikirlərlə eyni vaxta düşür. Trump ölkənin Avropa və Asiya ilə alyanslarına etinasız yanaşır, Vladimir PutinKim Jong Un kimi avtoritar liderlərə açıq şəkildə ehtiram göstərir, Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair dəlilləri məsxərəyə qoyur.

“Politico”nin danışdırdığı ekspertlər də hesabatda deyilənlərlə razılaşırlar.

“Rusiya Qərb institutlarına çoxlarının anladığından daha hiyləgər və ehtiyatlı şəkildə hücum edir”, – Vaşinqtonda mənzillənən Azad Rusiya Fondunun prezidenti Natalia Arno deyib. Bu fond da bu yaxınlarda Rusiyanın Qərbə zərbə vurmaq cəhdlərinə dair araşdırmasını bitirib.

“Bu hücumlar daha incə və hiyləgər görünə bilər, ancaq ən xırda detalları belə dağıdıcıdır – hökumətlərə təsir göstərilir, qanunlar dəyişdirilir, hüquqi qərarlar zərbə altında qalır, hüquq-mühafizə orqanlarının işi əngəllənir, hərbi müdaxilə maskalanır”, – o, sözlərinə əlavə edib.

Frans Timmermans
Frans Timmermans

AB-də yeni liderlərlə bağlı narazılıq var

Fransa Prezidenti Emmanuel Macron və Almaniya Kansleri Angela Merkel Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində bir razılaşma əldə edərək Brüsselə qayıdıblar.

“Frans Pres” agentliyi AB-nin 28 liderinin Avropa Komissiyasının prezidenti vəzifəsində niderlandlı sosial demokrat Frans Timmermans-ın namizədliyini verəcəyini yazır. Onun mühafizəkar rəqibi Manfred Weber isə Avropa Parlamentinin spikerliyinə namizəd ola bilər.

Ancaq Merkel bu təklifi Avropa Xalq Partiyasındakı (EPP) sağ-mərkəzçi liderlərə bildirəndə buna etirazlar olub, əsas sammit ertələnib.

Liderlər işgüzar nahara üç saatdan sonra yığışıblar. Bu arada AB Şurasının prezidenti Donald Tusk liderlərlə individual danışıqlar aparıb.

Tusk-ud idarəsi tvitində yazıb ki, “ikitərəfli görüşlər tamamlanan kimi” sammit bərpa olunacaq. Ancaq bu görüşlər altı saata da bitməyib. Xorvatiyanın Baş naziri Andrej Plenkovic xəbərdarlıq edib: “Bu gün mediada yazılanları dəstəkləmirik”.

İrlandiyanın baş naziri Leo Varadkar da bədbin görünüb. “EPP nöqteyi nəzərindən düşünürük ki, Komissiyanın prezidentliyini belə asanlıqla, döyüşsüz verə bilmərik”, – o deyib.

AFP Fransadakı bir mənbədən öyrənib ki, Merkelə sağ-mərkəzçi liderlər arasında kommunikasiyanın bu cür pozulacağını gözləmirlərmiş.

“Sammit çox pis hazırlanıb”, – sessiyadan öncə konsultasiyanın aparılmamasından qəzəbli bir avropalı deputat deyib.

Hazırda Komissiyanın vitse-prezidenti olan Timmermans AB-nin avtoratirazimə meyllənən şərq üzvlərində hüququn aliliyinin bərpasına çalışanlardandır. Macarıstan və Polşa qətiyyətlə ona qarşı çıxır.

Mənbələrin bildirməsinə görə, Merkel və Macron şərq ölkələrinin onun namizədliyini dəstəkləməsinə çalışırlar. Namizədlik təsdiqlənərsə, çərşənbə günü Avropa Parlamentində səsə qoyulmalıdır.

'The Stonewall Inn' gey meyxanası
'The Stonewall Inn' gey meyxanası

Nyu Yorkda gey parad keçirilib

Dünən – iyunun 30-da Nyu Yorkda gey-parad keçirilib. “The Associated Press” agentliyi bunun gey hüquqları hərəkatı tarixində ən böyük paradlardan biri olduğunu yazır. Bu parada həm də ABŞ-da Stonewall Inn gey məkanına polis basqınının 50 illiyi qeyd olunub.

Menhettendə bir neçə saat çəkən mərasim zamanı 1969-cu il iyunun 28-də meyxanada başlanan hərəkat anılıb. Bununla da Nyu York və digər şəhərlərdə bir aydır davam edən mərasimlər yekunlaşıb.

63 yaşlı Eraina Clay bərabərlik uğrunda yarıməsrlik savaşı qeyd etməyə gəldiyini deyib.

“Uzun müddətdir bunu müdafiə etdiyimizi deyə bilməliyik, bu qədər adam homoseksualdır və hər kəs həyatından zövq ala bilməlidir. Mənim ailəm var, uşaq böyütmüşəm. Mən də hamı kimiyəm”, – Clay vurğulayıb.

29 yaşlı Alyssa Christianson isə əyninə oğlan alt yumanı geyinib, gey bayrağına bürünüb.

“Əvvəllər də paradda olmuşam, ancaq birinci ildir ki, bu cür geyinib gəlmək istədim”, – o deyib.

XS
SM
MD
LG