Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Merkellə Putin Moskvada mətbuat konfransı keçiriblər


Rusiya-Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı, Kreml, 20 avqust, 2021
Rusiya-Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı, Kreml, 20 avqust, 2021

Liderlər Ukraynanın separatçı Donbas bölgəsindəki vəziyyəti də müzakirə ediblər.Merkel mətbuat konfransında yenidən bildirib ki, Almaniya Rusiyanın ilhaq etdiyi Krım yarımadasını Ukrayna ərazisi sayır

Avqustun 20-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında görüş olub.

3 saatlıq danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransı AzadlıqRadiosunun “Nastoyaşie Vremya” TV proqramı layihəsi tərəfindən canlı yayımlanıb.

Vladimir Putinin sözlərinə görə, danışıqların əsas mövzusu Əfqanıstandakı vəziyyət olub. O, Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsini fakt adlandırıb, eyni zamanda bu ölkədə demokratiya yaratmaq cəhdlərinin iflasa uğradığını bildirib.

Merkel isə Əfqanıstandakı vəziyyətdən təəssüf bildirib və risk altında olanların ölkədən çıxarılmasının vacibliyini qeyd edib.

Liderlər Ukraynanın separatçı Donbas bölgəsindəki vəziyyəti də müzakirə ediblər.Merkel mətbuat konfransında yenidən bildirib ki, Almaniya Rusiyanın ilhaq etdiyi Krım yarımadasını Ukrayna ərazisi sayır.

Rusiya-Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel -Moskva görüşü, 20 avqust, 2021
Rusiya-Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel -Moskva görüşü, 20 avqust, 2021

Həmçinin danışıqlar zamanı Belarusdakı vəziyyət də müzakirə olunub.Merkel Lukashenka rejiminin, Avropa Birliyinə qanunsuz miqrant axınına səbəb olan hərəkətlərini tənqid edib.

Merkel rusiyalı müxalifət lideri Aleksei Navalny-nın Rusiyada həbsdə olmasına da toxunub və Putinlə görüşdə bu barədə məsələ qaldırdığını bildirib. Kansler Putinlə görüşdə Navalny-nın azad olunmasını tələb edib və ona qarşı çıxarılmış hökmün qəbuledilməz olduğunu bildirib.Amma Putin çıxışında Navalny-dan danışmayıb.

Merkel Rusiyada “arzuolunmaz təşkilatlar” siyahısına salınmış 3 alman qeyri-hökumət təşkilatı (QHT) barədə də məsələ qaldırıb.

Liderlər “Şimal axını-2” layihəsi də daxil olmaqla Avropanın qazla təhcizatı və qazın Ukraynadan tranzit daşınması məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, Merkelin Rusiyaya səfəri, müxalifət lideri Aleksei Navalnı-nın zəhərlənməsinin ildönümünə təsadüf edir. Bu Almaniya kansleri kimi Merkelin Rusiyaya son rəsmi səfəridir.

Bu ilin sentyabrında keçiriləcək seçkilərdən sonra Merkel bu vəzifədən getməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG