Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:09

Merkel və Macron Putindən Ukrayna dənizçilərinin azad olunmasını tələb edirlər


Fransa prezidenti Emmanuel Macron (solda) Rusiya prezidenti Vladimir Putin və Almaniya kanslleri Angela Merkel Hamburqda keçirilmiş G20 summitində
Fransa prezidenti Emmanuel Macron (solda) Rusiya prezidenti Vladimir Putin və Almaniya kanslleri Angela Merkel Hamburqda keçirilmiş G20 summitində

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron Rusiyadan noyabrın 25-də Kerç boğazında həbs edilmiş Ukrayna dənizçilərinin “dərhal və qeyd-şərtsiz” azad olunmasını tələb ediblər.

Reuters agentliyinin yaydığı xəbərə görə iki lider bildiriblər ki, dənizçilərin həbsi qanunsuz olub və onlar heç bir şərt qoyulmadan azad olunmalıdırlar.

Macron və Merkelin birgə bəyanatında deyilir ki, “dənizçilər bayramları öz ailələri keçirmək imkanına malik olmaldırlar”.

Noyabrın 25-də Ukraynanın üç gəmisi – Berdyansk və Nikopol zirehli katerləri, habelə Yanı Kapu reyd yedəkçisi Rusiyanın sahil keşikçiləri tərəfindən əvvəlcə taran edilib, sonra isə atəşə tutulub.

Ukrayna hakimiyyət orqanlarının dediyinə görə bu hadisə Ukrayna gəmiləri Rusiyanın 12 millik sahil zolağını tərk etdikdən sonra baş verib.

Sözü gedən üç gəmidə 24 Ukrayna dənizçisi olub və onlardan bəziləri toqquşma zamanı xəsarət alıb. Hazırda həbs edilənlərin əksəriyyəti Moskvadakı Lefortovo həbsxanasında saxlanır. Ukrayna və dənizçilərin özləri onların müharibə əsirləri olduqlarında israr edirlər.

Lakin Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov dekabrın 28-də deyib ki, “Ukraynanın saxlanmış dənizçilərini müharibə əsiri saymaq üçün heç bir əsas yoxdur”.

Onun sözlərinə görə söhbət dövlət sərhədinin qanunsuz keçilməsindən gedir.

Merkel və Macron-un birgə bəyanatında həm də Rusiyadan Kerç boğazından bütün gəmilərin maneəsiz keçidinə imkan yaratması tələb edilir.

Dekabr ayında Vladimir Putin 24 Ukrayna dənizçisinin həbs edilməsi məsələsini Merkel və Macron-la müzakirə etmişdi.

Böyük iyirmilərin Buenos Ayres sammitində yer almış bu müzakirədə Merkelin nümayəndələri demişdilər ki, Ukrayna, Rusiya, Fransa və Almaniya Kerç boğazındakı vəziyyəti müzakirə etmək üçün dördtərəfli danışıqlara başlayacaqlar. Lakin bu danışıqlar hələki baş tutmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG