Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:45

Bakıda 'Mercedes' salonunun biri də artdı


"Mercedes". Loqo.
"Mercedes". Loqo.

Avtomobil bazarında böhran yaşansa da, Azərbaycanda alman avtomobillərinin yeni dileri – «Abşeron Avtomobil Mərkəzi» MMC yaranıb.

Salon yaxın günlərdə açılacaq

«Mercedes-Benz» avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı olan «AvtoKapital Azərbaycan» MMC-dən AzadlıqRadiosu-na deyiblər ki, yeni diler minik və kommersiya avtomobillərini satacaq. Bakı-Şamaxı şosesinin 8-ci kilometrində qurulan geniş avtomobil salonunda satışla yanaşı, təminatlı servis xidməti də göstəriləcək. Yaxın günlərdə açılacaq salona satış üçün çox sayda «Mercedes» modelləri də gətirilib.

Buna da bax:​ Bakıda avtomobil satışı dayanıb

Azərbaycanda sayca üçüncü salondur

İndiyədək ölkədə «Mercedes» avtomobilərinin iki dileri vardı. «Mercedes» minik avtomobillərini Bakıda satışı ilə 2001-ci ildən bəri «Autostar Kaukasus GmbH Baku» şirkəti, yük avtomobillərinin satışı ilə isə 2013-cü ildən bu yana «UEİ Transport» MMC məşğuldur.

«Abşeron Avtomobil Mərkəzi» MMC təxminən iki ay öncə - sentyabrın 5-də yaradılıb. Şirkətə Orxan Hacıyev rəhbərlik edir.

Buna da bax:​ Maşın alverçilərinin bazarı bağlanıb

Hər 100 maşından 17-si «Mercedes»dir

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlinə Azərbaycanda 192 min 685 ədəd «Mercedes» minik maşını vardı. Başqa sözlə, ölkədə hər 100 minik avtomobilindən 17-si «Mercedes» modelləridir. Ötən il ölkəyə 3 min 321 ədəd «Mercedes» minik avtomobili gətirilib. Bunların az bir hissəsi «ikinci əl» maşınlarıdır.

«AvtoKapital Azərbaycan» MMC 2012-ci ilin dekabrından «Daimler AG» şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi statusu ilə fəaliyyət göstərir. Bu şirkət «UkrAvto» korporasiyasının bir hissəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG