Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:14

Saakashvili-nin baş naziri həbsxanadan buraxıldı


Vano Merabishvili
Vano Merabishvili

Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabishvili mənimsəmə və səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məhkum edilərək 7 il dəmir barmaqlıqlar arxasında keçirdikdən sonra azad edilib.

O ölkənin polis qüvvəsində uğurlu islahatları ilə tanınır.

Merabishvili fevralın 20-də həbsxanadan azad edildikdən dərhal sonra siyasi fəaliyyətə qayıdacağını və milyarder Bidzina Ivanishvili-nin hakim Gürcü Arzusu Partiyasının hökumətini çökdürəcəyini bəyan edib.

Ömrünün 6 il 9 ayını təkadamlıq kamerasında keçirdiyi həbsxananın qarşısında çıxış edən Merabishvili məhbus olduğu müddətdə ona dəstək vermiş adamlara təşəkkür edib və deyib ki, bu dəstək ona hazırkı rejimə qarşı mübarizə üçün qüvvəsini, enerjisini və inanclarını qoruyub saxlamaqda kömək edib.

Merabishvili Gürcüstanda Mikheil Saakasvili-ni hakimiyyətə gətirmiş 2003-cü il Qızılgül inqilabından sonra hökumətin əsas fiqurlarından birinə çevrilib.

O 2004-cü ildən 2012-ci ilədək Saakashvili-nin hökumətində daxili işlər naziri, sonra isə baş nazir olub.

O hakimiyyət Saakashvili-nin Vahid Milli Hərəkat partiyasından Gürcü Arzüsüna keçəndən sonra, 2013-cü ilin mayında həbs edilib.

Gürcü Arzusu partiyası 2012-ci ildə parlament seçkiləri ərəfəsində milyarder Ivanishvili tərəfindən yaradılmışdı.

Bu partiyanın liderləri Saakashvili-nin prezidentliyini “qanlı rejim” adlandırırdılar.

Merabishvili səlahiyyətlərini aşmaqda, seçicilərə rüşvət verməkdə və adam döydürməkə ittiham edilmişdi.

Ona qarşı 2017-ci ildə yenidən səlahiyyətlərin aşılması maddəsi üzrə ittiham irəli sürülmüşdü.

Merabishvili və tərəfdarları bu ittihamın siyasi motivli olduğunu bildirirdilər.

2016-cı ilin iyununda Avropa İnsan Haqları Məhkəməsi bu qərara gəlmişdi ki, Gürcüstan hakimiyyəti Merabishvili-ni əslində tamam başqa motivlərlə həbs etməklə Avropa İnsan Haqları Konvensiyasını pozub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG