Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Gürcüstana “tayfabazlıq” xəbərdarlığı


Gürcüstan müxalifəti Giorgi Gakharia-nın istefasını tələb edir, 29 iyun, 2019-cu il
Gürcüstan müxalifəti Giorgi Gakharia-nın istefasını tələb edir, 29 iyun, 2019-cu il

ABŞ-ın keçmiş diplomatı deyir ki, Gürcüstanı heç vaxt siyasi baxımdan bu cür bölünmüş görməyib və ölkə qazandığı demokratik irəliləyişi əldən verə bilər.

“Geriləmə riski var. Ötən il keçirilmiş prezident seçkisində nöqsanlar çox idi”, – 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı ABŞ-ın NATO-da səfiri olmuş Kurt Volker sentyabrın 23-də Vaşinqtonda deyib.

Hazırda McCain İnstitutunun icraçı direktoru olan Volter həm də könüllü əsasla ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi kimi çalışır.

Volkerin sözlərinə görə, Gürcüstan, digər demokratik ölkələrdə olduğu kimi, hakimiyyətdən uzaqlaşdırılmış elitaların cəmiyyətdə yaratdığı bölücülüklə üzləşir. Keçmiş diplomatın fikrincə, ölkə gələn ilki parlament seçkisindən öncə siyasi çaxnaşmanı yoluna qoymalıdır.

Kurt Volker
Kurt Volker

İyunda Gürcüstanda Rusiyaya qarşı etirazları dalğası başlanıb. Buna rusiyalı deputatın Gürcüstan parlamentində tədbir zamanı spikerin yerinə keçməsi səbəb olmuşdu.

Sentyabrın 20-də minlərlə adam küçələrə çıxaraq milyarder biznesmen, keçmiş baş nazir Bidzina Ivanishvili-yə etiraz edib. Tənqidçilər onun ölkəni pərdəarxasından idarə etdiyini deyirlər. Ivanishvili sərvətini Rusiyada metal və bankçılıq sənayesindən qazanıb.


“Ölkəni indiki kimi parçalanmış görməmişəm”

Müxalifəti, hökumətə qarşı çıxan fəalları və onların tərəfdarlarını bu ay daha bir hərəkət qəzəbləndirib, istefası tələb olunan daxili işlər naziri Giorgi Gakharia yeni baş nazir təyin olunub.

Bidzina Ivanishvili (sağda) və Giorgi Gakharia
Bidzina Ivanishvili (sağda) və Giorgi Gakharia

“Mən bu ölkəni indiki kimi parçalanmış görməmişəm”, – bu yaxınlarda Tbilisidən qayıtmış Volker söyləyib.

O, Qərbin siyasi müşavirləri, rəsmilər, təhlilçilər olan auditoriyada vurğulayıb ki, Birləşmiş Ştatlar və Avropa bu ölkənin siyasətçilərini “tayfabazlığ”a sürüklənməməklə bağlı xəbərdarlıq etsin, onları təmiz seçki keçirməyə həvəsləndirsin.

“2020-ci il parlament seçkisinin ən təmiz, ən ədalətli, ən azad səsvermə olmasını təmin edin. Məqsəd bu olmalıdır”, – keçmiş diplomat deyib.

Volker-in sözlərinə görə, Gürcüstandakı daxili narazılıq müttəfiqlərinin ona məqsədləri və xarici problemləri ilə bağlı kömək etməsini çətinləşdirir. Gürcüstan ərazisinin 20 faizi işğal altındadır, separatçıların nəzarətində olan bu regionları Rusiya dəstəkləyir və qoruyur.

“Belə mühüm xarici problemləri, vacib niyyətləri, dostların dəstəyinə ehtiyacı olan bir ölkə həqiqətən narahatlıq yaradır. Onlar daxildə bu dərəcədə parçalanmış halda ikən kənardan nəsə etmək çətinləşir”, – o, Avropa Siyasi Təhlil Mərkəzinin təşkil etdiyi forumda bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG