Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:58

Gürcüstanda Qərbin dostları ‘atəş altında’


Tbilisidə iyun etirazları
Tbilisidə iyun etirazları

“The Washington Post” qəzetində David Kramer Gürcüstanda Qərb tərəfdarlarının son zamanlar üzləşdiyi problemlərdən söz açır. Dövlət Departamentinin keçmiş əməkdaşı olan Kramer hazırda Vaclav Havel İnsan Hüquqları və Demokratiya Proqramının əməkdaşıdır. O, bu ay Tbilisiyə səfər zamanı ABŞ səfirliyi qarşısında qəzəbli nümayiş keçirildiyini, hökumətyönlü telekanalda hücuma məruz qaldığını yazır. Kramer baş verənlərin onu məyus etdiyini vurğulayır, çünki illər boyu Gürcüstanın və onun Avro-Atlantik niyyətlərinin güclü tərəfdarı olduğunu qeyd edir.

“Bəzilərinin məndən və Gürcüstanın digər tərəfdarlarından istifadə edərək Qərbə qarşı propaqanda kampaniyası təşkil etməsi sizə çox şey deyir. 28 il öncə 4 milyon əhalisi olan bu ölkə Sovet İttifaqından qopandan Gürcüstan Azərbaycan, Rusiya, Türkiyə kimi qonşularla əhatələnmiş avtoritarizm dənizində bir demokratiya adasına çevrilib”, – müəllif yazır və onillər boyunca bu ölkənin həqiqi demokratik Avropa ölkəsi olmağa doğru böyük addımlar atdığını vurğulayır. Ancaq son vaxtlar bu ölkədə rusiyapərəst qüvvələrin çəkisi artmaqdadır.

Rusiyanı təhdid kimi görürlər

Beynəlxalq Respublikaçı İnstitutunun bu yaxınlarda keçirdiyi sorğuya görə, gürcüstanlıların çoxu Rusiyanı ölkəyə ən böyük siyasi və iqtisadi təhdid kimi görür. Respondentlərin 52 faizi isə hökuməti Moskvayla münasibətlərə yumşaq yanaşmaya görə tənqid edib.

Hakim Gürcü Arzusu Partiyasının lideri milyarder Bidzina Ivanishvili sərvətini Rusiyada qazanıb. İyunda keçirilən etirazlarda Daxili işlər naziri Giorgi Gakharia-nın istefasının tələb olunmasına baxmayaraq, üç ay sonra o, baş nazir vəzifəsinə irəli çəkildi.

Müəllif qeyd edir ki, artıq on ildən çoxdur Gürcüstan Avropa Birliyi və NATO ilə daha dərindən inteqrasiyaya can atır, ölkəni Rusiyanın əlavə təcavüzündən qorumaq istəyir.

“Gürcüstanlılar Moskvaya baş əymək istəmirlər, ancaq onlara Qərbin, özəlliklə Birləşmiş Ştatların dəstəyi lazımdır ki, demokratik, hüququn aliliyinə əsaslanan qurumları möhkəmlətsinlər, Rusiyanın əlavə təzyiqini önləsinlər.

Gürcüstanın bəzi tərəfdarları son hadisələri tənqid etməyə meylli deyillər, bununla Qərb liderlərinin bu demokratiya adasına marağının itəcəyindən narahatdırlar. Əslində isə gürcüstanlıların beynəlxalq dostları həqiqəti deməli, ölkəni yanlış istiqamətə aparmaqla hədələyənlərə qarşı onların yanında dayanmalıdırlar”, – müəllif yazır.

XS
SM
MD
LG