Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 03:07

Məmməd İbrahim azadlığa çıxıb


Məmməd İbrahim, 13 fevral 2019

Fevralın 26-da saxlanılan və inzibati qaydada 10 sutka müddətinə həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. M.İbrahimin sözlərinə görə, saxlanma və həbs zamanı fiziki və mənəvi təzyiqə məruz qalmayıb.

“Sadəcə deyirdilər ki, Xocalı abidəsini ziyarət zamanı şou yaratmısınız. Deyəndə ki, bizi abidəni ziyarət etməyə qoymurdular, inanmırdılar. Amma nə saxlanma şəraitindən, nə də mənə qarşı münasibətdən şikayətim yoxdur”, - AXCP sədrinin müşaviri bildirir.

Xatırlatma

Fevralın 26-da Xocalı abidəsini ziyarət etmək istərkən AXCP funksionerləri Asif Yusifli və Məmməd İbrahimin saxlanaraq Xətai Rayon 37-ci Polis Bölməsinə aparılmışdı.

Bir müddət sonra A.Yusifli buraxılsa da, M.İbrahim 10 sutka müddətinə həbs edilmişdi.

Şərhlər

XS
SM
MD
LG