Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Melania Trump Britaniya qəzetini məhkəməyə verib


Michelle Obama və Melania Trump
Michelle Obama və Melania Trump

ABŞ prezidenti Donald Trump-ın xanımı Melania Trump Britaniya qəzetini deffamasiyada ittiham edərək məhkəməyə verib.

Birinci ledi iddia edir ki, qəzetin böhtan xarakterli yazısı onu geyim, ayaqqabı, zinət əşyaları və ətir brendi yaratmaq imkanından məhrum edib.

D. Trump-ın xanımının sözlərinə görə, onun "genişmiqyaslı çoxməhsullu kommersiya brendi yaratmaq üçün unikal, həyatda bir dəfə olan imkanı" peyda olub. Melania Trump iddia edir ki, o, "geyim, aksessuar, ayaqqabı, zinət əşyaları, kosmetika, saça və dəriyə qulluq məhsulları, ətir" sata bilər.

Buna da bax: Ağ evdəki telefonlar Trump-ın yaman xoşuna gəlib

“PEŞƏKAR STANDARTLARIN POZULMASIDIR”

Birinci ledinin məhkəmə iddiası Merilend məhkəməsi tərəfindən rədd edildikdən sonra Menhettendəki ştat məhkəməsinə təqdim edilib. Məhkəmə şikayəti prezident Donald Trump və ailəsinin dövlət qulluğu ilə kommersiya imkanlarını qarışdırmağın etik münaqişə yaratdığını anlayıb-anlamamasına dair suallara yol açıb.

“İddiadan aydın olur ki, o, Birinci Ledi vəzifəsindən istədiyi qədər pul qazana bilmədiyinə görə özünü zərərçəkmiş sayır. Prezidentin öz arvadına onun vəzifəsindən yararlanaraq maliyyə qazancı əldə etməyə imkan verməsi federal işçilərin peşəkar standartlarının kobud pozulmasıdır", – prezident George W. Bush administrasiyasında Ağ Evin etika müşaviri olmuş Richard Painter deyir.

Buna da bax: Azərbaycanlıların Google-da axtardıqları: heroin, Lalafo, Melania...

Melania Trump-ın hüquqşünaslarından biri keçmiş modelin özünün indiki rolunu pula satmağa çalışmasına dair iddianı rədd edib. “Birinci Ledinin öz vəzifəsindən qazanc məqsədi ilə yararlanmaq niyyəti yoxdur və olmayacaq", – deyə vəkil Matthew Blackett bildirib.

Əksər etika ekspertləri, o cümlədən federal hökumətdə belə halları monitorinq edən qurum bəyan edib ki, prezident öz bizneslərindən əl çəkməlidir. Buna cavab olaraq, Trump öz şirkətinin, Trump Organization-ın idarəçiliyini iki böyük oğluna ötürərək prezidentlik müddətində heç bir xarici sövdələşməyə getməyəcəyini bildirib. Prezident deyib ki, bundan artığını etməyə onun heç bir hüquqi və əxlaqi məcburiyyəti yoxdur.

TƏKZİB DƏRC EDİBLƏR

Yanvarda Ağ Evə gəlmiş ziyarətçilərə bildirilib ki, Melania Trump-ın istehsal etdiyi zinət əşyaları QVC Inc.-də satışdadır. Ancaq məsələ ictimailəşəndən sonra QVC Inc. bu məlumatı öz səhifəsindən yığışdırıb.

Buna da bax: New York Times: 'İki qadın Trump-ı onları əlləməkdə ittiham edib'

Melania Trump-ın iddiasında deyilir ki, qəzetin saytı onun 1990-cı illərdəki model karyerasının "elit fahişə"liyini ört-basdır etmək vasitəsi olduğunu yazıb.

Mail Media Inc.-dən öncə bunu bir Sloveniya jurnalı da yazıbmış. Melania Trump-ın Merilend məhkəməsinə müraciətindən sonra sayt və Webster Tarpley adlı bloqqer təkzib dərc ediblər.

Hakim bildirib ki, Melania Trump-ın qəzeti Merilenddə məhkəməyə verməyə ixtiyarı yoxdur, ancaq Tarpley bu ştatda yaşadığına görə şikayətin həmin hissəsinə baxıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG