Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:10

Azərbaycanlıların Google-da axtardıqları: heroin, Lalafo, Melania...


Son bir ildə Azərbaycanda internetdə səhiyyə və sağlamlıq sahəsində ən çox axtarılan, daha doğrusu, axtarış sayı ən çox artan söz hansıdır?

Google axtarış saytının xüsusi trend proqramı var. Həmin proqrama görə, Azərbaycanda səhiyyə, sağlamlıq sahəsində axtarışında ən çox artım olan söz “heroin”dir!

İnternetdə “heroin” yazıb, axtarışa verilməsi 500 faiz artıb.

Ancaq bu, ola bilər ki, heroin istifadəsinə artan maraqla bağlı deyil. Gənc ictimai fəalları tutulanda, nədənsə, çoxunun cibindən polis narkotik tapırdı. Ona görə, ola bilsin ki, ictimai fəallarla, məsələn, Heydər Əliyevin heykəlinə "Qul bayraminiz mübarək" yazan Bayram Məmmədov və Qiyas İbrahimovla bağlı son durumu bilmək istəyənlər, birbaşa “heroin” yazıb, lazım olan xəbərə çıxa bilirdilər.

Axtarışında ən çox artım olan sağlamlıq mövzuları arasında 3-cü yerdə Parkinson xəstəliyidir. Onun internetdə axtarışları 130 faiz artıb.

Siqaret 9-cu yerdədir. Yəqin dükanlarda siqaret bahalandığına görə, insanlar internetdən ucuz yer axtarırlar. Belə axtarış 50 faiz artıb.

C vitamini 12-cidir. Onun internetdə- vebsaytlarda axtarışı bir ildə 40 faiz artıb.

LALAFO

Bütün kateqoriyalar üzrə Azərbaycanda bir ildə internetdə axatrışında ən böyük artım olan söz isə pulsuz elanlar saytı "lalafo"dur. Maraqlıdır ki, “lalafo” birinci yerdə, lalafo.az ikinci yerdədir. Onlardakı artım 3500 faizdən çoxdur, bu faiz hətta göstərilməyib.

3-cü yerdə N309 serialıdır.

6-cı yerdə “Facebook-a giriş”-dir.

Keçən il Türkiyədə öldürülən qanuni oğru Rövşən Lənkəranski haqda internetdə axtarış 450 faiz artıb. O, 7-ci yerdədir.

Əmrahbank 14-cü yerdəddir.

Dolların məzənnəsi - 19-cu yerdə. Dolların məzənnəsini axtarışa veriməsi 140 faiz artıb.

Maraqlıdır ki, birinci 25-likdə “SOCAR-da vakansiya” da var. Dövlət Neft Şirkəti SOCAR-da boş yer axtaranlar bir ildə 100 faiz artıb.

MELANİA TRUMP

Bəs xəbər üçün saytlarda azərbaycanlılar bir ildə ən çox nə ilə maraqlanıblar? Nədə ən böyük artım olub?

"Referendum" yazıb axtarışa verənlərin sayında bir ildə 4 min faiz artım olub. Bu da təbiidir. Keçən il Azərbaycanda referendum oldu.

Ancaq artıma görə “referendum” sözünün axtarışı Azərbaycanda birinci yerdə deyil, yalnız 2-dədir.

Axtarışında ən çox artım olan “ Melania Trump”-dır. Yeni seçilmiş ABŞ prezidenti Donald Trumpın model xanımı Melania Trumpın adını yazıb axtarışa verənlər 4 min faizdən çox artıb. Bu faiz hətta göstərilmir.

Google trend - Azerbaijan
Google trend - Azerbaijan

ABŞ-da prezident seçkilərinin özünə isə Azərbaycanda maraq Melania Trumpa maraqdan az olub- bu seçki 3-cü yerdədir. Donald Trumpın özü isə 4-cüdür.

Bəs Qarabağ problemi?

Qarabağ .... 9-cu yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG