Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:48

“6-cı sinif şagirdi bu mətni necə anlayacaq?”


Monitorinq Komitəsi araşdırmanın nəticələrini təqdim edir
Monitorinq Komitəsi araşdırmanın nəticələrini təqdim edir

►“Dərsliklərdə dil norma və üslub səhvləri var”. Dilçilik İnstitutu dərsliklərin dilini təftiş edir

“Bir səhifədə 20-dən artıq müxtəlif termin işlənib. Bu isə mətnin dilini ağırlaşdırır və anlaşmanı çətinləşdirir”. Bunu Elmlər Akademiyası Dilçilik İnstitutunun monitorinq şöbəsinin aparıcı elmi işçisi Rasim Heydərov deyir.

Monitorinq şöbəsi dərsliklərin dilinin monitorinqinə başlayıb. Aprelin 1-də şöbə 8-ci sinfin “Azərbaycan dili” və “İnformatika”, 7-ci sinfin “Tarix” dərsliyinin dili ilə bağlı apardığı araşdırmanın nəticələrini təqdim etdi.

“Fotokameranın izahı – gəl, anla”

Rasim Heydərovun sözlərinə görə, mətnlərdə xarici sözlərdən geniş istifadə olunur və tərcüməsi də verilmir:

“Bir misal çəkim: “Çəkilən hər bir şəklin görüntüsü işığa həssas elementlərdən təşkil olunmuş matrisin köməyi ilə formalaşır. Rəqəmsal fotokameraların ən mühüm xarakteristikası onun matrisində olan piksellərin sayıdır. Müasir rəqəmsal fotokameraların matrisi bir neçəmeqapikseldən, yəni bir neçə milyon pikseldən ibarət olur. Meqapiksellərin sayı görüntünün keyfiyyətini müəyyən edir: matrisdə olan meqapiksellərin sayı nə qədər çoxdursa, fotoşəklin keyfiyyəti də bir o qədər yüksək olur. İlk rəqəmsal fotokameralarda bu göstərici 2–3 meqapiksel idi, müasir modellərdə isə 7 meqapikseldən yuxarıdır”. Bu mətn fotokameranın izahıdır, 5-ci, 6-cı sinifdə oxuyan şagird bu mətni necə anlayacaq?”

“Bitişik yazılmalı söz ayrı, ayrı yazılmalı söz bitişik yazılır”

Şöbənin digər aparıcı elmi işçisi Şahlar Məmmədov deyir ki, 8-ci sinif“Azərbaycan dili” dərsliyində çoxlu orfoqrafik, punktuasiya (durğu işarələri), üslub və məzmun səhvlərinə rast gəlinir:

“Dərsliyin 45-ci səhifəsində “ecazkar şərq elementləri”ndə “Şərq” sözü böyük hərflə yazılmalıdır. “Açıq fikirli” ayrı yazılıb, halbuki, bu söz bitişik yazılır: açıqfikirli. Üslub pozuntuları çoxdur. Məsələn, “Mədəni nitq isə həm də qrammatik qaydalara əməl etməyi tələb edir”. Bir cümlədə iki dəfə “etmək” feli iki dəfə işlədilir. Belə nümunələr çoxdur”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Şahlar Məmmədov deyir ki, dərslikdə leksik-məzmun səhvləri də müşahidə edilir: “Məsələn, dərslikdə 35-ci səhifədə belə bir cümlə yazılıb: “Azərbaycanda qədim qurğuların geniş yayılmış bir növü kurqanlardır”. Halbuki, kurqan qurğu növü deyil, burda, leksik norma pozuntusuna yol verilib”, mütəxəssis əlavə edir.

Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli AzadlıqRadiosuna deyir ki, xəbər saytlarında, hətta qəzetdə orfoqrafik səhvlərə yol veriləndə bunu görməməzliyə vurmaq mümkündür, çünki sonradan düzəltmək olar, ancaq dərsliklərdə belə hallara yol vermək olmaz:

“Söz nə cür yazılıbsa, o cür də şagirdin yaddaşına həkk olunur. Məsələn, şagird görürsə ki, dərslikdə “ürəkdolusu” ayrı yazılıb, elə də yadında saxlayacaq, halbuki, bitişik yazılmalıdır”.

“Cümlədə xəbər mübtəda ilə uzlaşmır”

Qulu Məhərrəmli deyir ki, 3 dərsliyin monitorinqi zamanı bir sıra orfoqrafik, qrammatik, məzmun, üslub səhvlərinə rast gəlinir: “Cümlədə xəbər mübtəda ilə uzlaşmır. Müəllif zəhmət çəkib oxumur, görsün ki, burda uzlaşma əlaqəsi pozulub”.

Üslub-məzmun səhvləri də dərsliklərdə çox rast gəlinən haldır, - şöbə müdiri bildirir. Onun sözlərinə görə, məna dolaşıqlığı şagirdi də çaşbaş qoyur. Qulu Məhərrəmli deyir ki, orta məktəb şagirdləri ədəbi dili daha çox dərsliklər vasitəsilə öyrənirlər. Buna görə də dərsliklər yazılarkən dil norma və üslubuna ciddi diqqət yetirmək lazımdır,- müsahibimiz əlavə edir.

Monitorinq şöbəsi dərsliklərin monitorinqinə davam edəcək

AzadlıqRadiosu söylənən iradlarla bağlı Təhsil Nazirliyinə müraciət edib. Ona bildirilib ki, qeyd edilən tədbirdə Təhsil Nazirliyinin əməkdaşları iştirak etməyib. Ona görə də bununla bağlı dolğun fikir bildirmək mümkün deyil.

Buna da bax: İpotekalı mənzil alaq, ya almayaq?

İpoteka şərtləri çətinləşir
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00

XS
SM
MD
LG