Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Meksikada gecə klubuna silahlı basqın zamanı 15 nəfər öldürülüb


Meksika polisi yaraqlılara qarşı əməliyyat keçirir
Meksika polisi yaraqlılara qarşı əməliyyat keçirir

Meksikada gecə klubuna silahlı hücum nəticəsində azı 15 nəfər ölüb, 7 nəfərsə yaralanıb.

İnsident şənbə günü gecə, Salamanka şəhərindəki “La Playa” klubunda baş verib. Bu şəhər Quanaxuata ştatında yerləşir.

Bu barədə Reuters agentliyi prokurorluğa istinadla məlumat verir.

Hücumun kimlər tərəfindən törədildiyi hələlik bəlli deyil.

Şahidlərin sözlərinə görə, 3 furqonlu maşında gələn silahlı admlar içəriyə soxularaq atəş açmağa başlayıblar.

Yerli kütləvi informasiya vasitələri (KİV) insidentin, qanunsuz neft alveri ilə məşğul olan yerli cinayətkar qruplaşmaya qarşı mübarizə ilə bağlı olduğunu yazırlar.

Bu dəstə Salamanka şəhərindəki nefrtayırma zavodu və neft borularından yanacaq oğurlamaqla məşğuldur.

Ölkənin yeni prezidenti Anders Manuel Lopes Obrador həftənin əvvəllərində cinayətkar qruplardan birinin başçısı Xose Antonio Yepesə qarşı əməliyyat keçirilməsini göstəriş verib.

Onu ölkədə El Marro kimi tanıyırlar.

Yerli mətbuatın yazdığına görə, təhlükəsizlik qüvvələri bu yaxınlarda onu Santa-Roza de Lima qəsəbəsindəki evində yaxalamaq istəyərkən yeraltı tunellə qaça bilib.

Hakimiyyət “neft mafiyasına” qarşı mübarizəyə dəniz piyadaları və federal polisi cəlb edib. Yerli mafiya hüquq-mühavizə orqanlarının hərəkətini əngəlləmək üçün camaata pul verir.

Salamanka şəhəri Meksikada avtomobil sənayesi mərkəzi kimi tanınır.

Orda “Volkswagen”, “General Motors” və “Toyota” kimi avtomobil zavodları fəaliyyət göstərir.

Amma son illər bu ştatda qətl hallarının sayı artıb və ora ölkədə ən təhlükəli yerlərdən birinə çevrilib.

Buna da bax:Təkcə bu il Meksikada 7 min adam öldürülüb

Prezident Obrador cinayətkarlara qarşı müharibənin, onun daxili siyasətində əsas məsələlərdən biri olduğunu bəyan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG