Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Meksikada yanacaq kəmərinin partlaması nəticəsində azı 66 nəfər ölüb


Meksikanın Tlahuelilpan şəhəri yaxınlığında yanacaq kəmərinin partlaması. Hidalgo, 18 yanvar 2019

Meksikanın mərkəzi hisssində yanacaq kəmərinin partlaması nəticəsində azı 66 nəfər ölüb,onlarla adamsa yaralanıb.

İdalqo əyalətinin qubernatoru Omar Fayadın məlumatına görə partlayışa səbəb yanacaq sızması olub.

Partlayış yanvarın 18-də paytaxt Mexikonun 85 kilometrliyində baş verib.

Qubernator yerli televiziyaya müsahibəsində deyib ki, sakinlər həmin ərazidə qanunsuz yanacaq çəkilirmişlər.

O azı 54 yaralının xəstəxanaya götürüldüyünü deyib.

Yerli mətbuatın yazdığına görə, əllərində vedrə olan yüzlərlə adam, Tlahuelilpan şəhərinin yaxınlığında borunun sızan yerdən benzin götürmək istəyirmişlər.

XS
SM
MD
LG