Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 22:51

1-ci vitse-prezidentin qanunla hansı hüquq və vəzifələri var? [video]


Azərbaycan qanunlarına görə, Mehriban Əliyevanın 1-ci vitse-prezident kimi hansı hüquq və vəzifələri var? Hansı sənədləri imzalaya bilər?

Demokratik Təşəbbüslər İnstitutunun sədri, hüquqşünas Akif Qurbanov deyir ki, hələlik prezidentin xanımının fəaliyyəti üçün hüquqi baza yoxdur.

Buna da bax:​ Birinci vitse-prezidentin ilk müşavirəsi [yenilənib]

Akif Qurbanov
Akif Qurbanov

“Konkret vitse-prezidentin vəzifə və səlahiyyətlərini, onun məsuliyyətini müəyyənləşdirən hüquqi-normalar olmalıdır, bu olmasa, bütün addımlar siyasi PR-a yönəlmiş və məsuliyyətdən yayınan addımlar olacaq".

Vitse-prezident təyin olunandan sonra Mehriban Əliyeva bir dəfə, martın 9-da qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirib.

Buna da bax: 'Saysız-hesabsız fərmanlar və gurultulu vədlər əks effekt verdi'

Hansısa sənədin imzalanması barədə məlumat verilməyib

Ziyafət Əsgərov, Milli Məclisin 1-ci vitse-spikeri deyib ki, bununla bağlı qanuna dəyişiklik edilə, ya da yeni qanun qəbul edilə bilər.

Onun sözlərinə görə, 1-ci vitse-prezident və ya vitse-prezident barədə prezident İlham Əliyevin fərmanı ilə əsasnamə də yaradıla bilər.

Hələlik, bəlli olan odur ki, keçən ilin sentyabrındakı referendumla Konstitusiyaya edilən dəyişikliklə, prezident, vitse-prezidentə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu verib.

Amma müşahidəçilər İlham Əliyevin xanımına daha çox səlahiyyət verəcəyini gözləyirlər.

Buna da bax:​ Azərbaycandakı sülalə hakimiyyəti Avropadan ötrü pis əlamətdir. Niyə?

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Sivil Toplum Platformasının üzvü, hüquqşünas Ələsgər Məmmədli deyir ki, indiki Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar siyahısında vitse-prezidentin aktlarının anlayışı yoxdur. Konstitusiyanın 148-ci maddəsində Konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və s. var. Odur ki, prezidentin imzaladığı fərmanla vitse-prezidentlərin imzalayacağı hüquqi aktın fərqi nə olacaq və iyerarxiyasında Nazirlər Kabinetinin qərarları ilə hansının üstünlüyü keçərli olacaq məsələsi normativ hüquqi aktlarda və Konstitusiyada yoxdur. “Deməli, burda ya Konstitusiya dəyişməlidir, Konstitusiyada bu hüquqi aktlar kateqoriyası aydınlaşdırılmalıdır, ya da Konstitusiya qanunu qəbul edilərək vitse-prezidentlərin imzaladığı aktlarının hüquqi qüvvəsinin nə olacağı müəyyən edilməlidir. Amma vitse-prezidentlərin imzalayacağı hüquqi sənədin yeri hələ ki, qanunvericilikdə yoxdur”.

Buna da bax:​ Mehriban Əliyevanın siyasəti ərindən fərqlənəcəkmi? [video]

Müxalifət isə deyir ki, Mehriban Əliyevanın vitse-prezidentliyi ümumiyyətlə legitim deyil, çünki prezident seçilməmiş şəxsə öz səlahiyyətlərini ötürə və ya paylaşa bilməz.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG