Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:57

Birinci vitse-prezidentin ilk müşavirəsi [yenilənib]


Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib. 09mart2017.

Martın 9-da birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakının, Sumqayıtın yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Müşavirədə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezident Administrasiyasının nümayəndələri, Sumqayıtın və Bakı rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.

Buna da bax:​ 'Azərbaycanın vitse-prezidentinə mədhiyyə oxuyan nəşrlər'

Mehriban Əliyeva: “Əsas məqsədimiz 4 min köçkün ailəsini yeni mənzillə təmin etməkdir”

“Bölgələrdə məcburi köçkünlərdən ötrü 100-ə yaxın müasir yaşayış kompleksi salınıb. 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub”.

Birinci vitse-prezident Mehriban Əliyeva müşavirədə belə deyib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib. 09mart2017.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib. 09mart2017.

Birinci vitse-prezidentin yanında keçirilən toplantı Bakı və Sumqayıtdakı yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunub.

M.Əliyeva prezidentin imzaladığı dövlət proqramlarının icrası nəticəsində qaçqın və məcburi köçkünlərin sosial, təhsil, məşğulluq, yaşayış, tibbi istiqamətdə lazımi tədbirlərin həyata keçirildiyini bildirib.

O, əlavə edib ki, hələ də bir çox məcburi köçkün ailələri qəzalı və yararsız binalarda yaşayır. Onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin sürətləndirilməsindən ötrü əlavə addımların atılmasına ehtiyac var.

Buna da bax:​ ​Mehriban Əliyevanın millət vəkili kimi son çıxışı

Birinci vitse-prezident vurğulayıb ki, Bakı və Sumqayıt şəhərlərindəki köçkünlərin yeni mənzillərə köçürülməsi vacibdir.

“Bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşasından ötrü ərazinin ayrılması, tezliklə tikinti işlərinə başlanılması zəruridir. Bakı və Sumqayıtda inşa olunan yeni binalarda köçkünlərin köçürülməsindən ötrü mənzillər ayrılmalıdır”.

Mehriban Əliyeva problemlərin qısa zamanda həlli məqsədi ilə birgə çalışmağın əhəmiyyətindən də danışıb.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib. 09mart2017.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib. 09mart2017.

Buna da bax: Mehriban Əliyeva: 'Bu işdə Oqtay Əsədovun böyük əməyi var'

Mehriban Əliyeva vurğulayıb ki, məsələnin tezliklə həllindən ötrü Maliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır.

“Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir”, - deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı tapşırıqlar verib.

O, sonda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə edib.

Buna da bax: Mehriban Əliyevanın siyasəti ərindən fərqlənəcəkmi? [video]

Xatırlatma

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Prezident İlham Əliyev fevralın 21-də M.Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Buna da bax:​ MSK Mehriban Əliyevanın deputat mandatına xitam verib

Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir.

Bu, Mehriban Əliyevanın birinci vitse-prezident təyin edildikdən sonra rəhbərlik etdiyi ilk müşavirədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG