Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 04:28

MSK Mehriban Əliyevanın deputat mandatına xitam verib


MSK.

Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bu haqda “Report” xəbər verir.

Xəbərdə bildirilir ki, M.Əliyeva deputat mandatına xitam verilməsini istəyib.

MSK-nın bu gün, martın 6-da müraciətə baxaraq, müsbət qərar qəbul edib.

Birinci vitse-prezidentin deputat mandatı ləğv edilib.

Buna da bax:​ Prezident və birinci vitse-prezident açılışda

Mehriban Əliyeva 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib.

Bu il fevralın 21-də prezident İlham Əliyev M.Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyin olunması barədə sərəncam verib.

Ölkə Konstitusiyasına görə, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutarsa, deputatlıqdan istefa verməlidir.

Buna da bax: Birinci vitse-prezident gənclərə toy eləyib

XATIRLATMA

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib.

Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Prezident İlham Əliyev fevralın 21-də Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Buna da bax:​ Rauf Mirqədirov: 'Bunun Mehriban Əliyeva üçün mənfi tərəfi də var'

Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir.

Multimedia

XS
SM
MD
LG