-
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyeva Macarıstanın “Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib.
AzərTAC-ın xəbərinə görə, təltif etmə mərasimi Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Ordeni M.Əliyevaya V.Orban təqdim edib.
Macarıstanın baş naziri Viktor Orban martın 5-də Azərbaycana gəlib.