Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:44

Mehman Əliyevin vəkili: 'Növbəti dəfə qanunsuzluqla üzləşdik'


Mehman Əliyev həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Mehman Əliyev həbsdə qaldı

Avqustun 31-də Yasamal Rayon Məhkəməsində «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin avqustun 24-də şübhəli şəxs qismində tutulması haqda müstəntiqin qərarından verilmiş şikayətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasında M.Əliyev özü və müdafiəçiləri – Fuad Ağayev və Fariz Namazlı, tutma qərarını qəbul etmiş müstəntiq Vüsal İbadov iştirak edib.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqi, M.Əliyevin işi üzrə istintaq qrupunun rəhbəri olan V.İbadov deyib ki, tutma qərarı qanunidir. Onun sözlərinə görə, mübahisələndirilən qərarın ertəsi gün - avqustun 25-də məhkəmənin M.Əliyev barəsində həbs-qətimkan tədbiri seçməsi, apellyasiya instansiyasının da bunu qüvvədə saxlaması da tutma qərarının doğru olduğunu sübut edir.

M.Əliyevin vəkilləri isə tutma qərarının əsassız olduğunu bildirərək, öz arqumentlərini məhkəməni nəzərinə çatdırıblar.

***Buna da bax-Cəmil Həsənli: 'Həbslərin arxasında İlham Əliyev dayanır'

Hakim Hüseyn Səfərov şikayəti təmin etməyib.

«İTTİHAM TƏRƏFİ DƏ BUNU DANA BİLMƏZ»

Vəkil Fuad Ağayev AzadlıqRadiosuna bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

«Gözlənilən baş verdi - şikayətimiz təmin olunmadı. Şikayətdə söhbət ondan gedirdi ki, 24 avqustda Mehman Əliyevin tutulması üçün heç bir əsas yox idi. Tutma üçün göstərilən əsas səbəblərdən biri kimi onun istintaq orqanından qaçıb gizlənməsi göstərilir. Biz bildirdik ki, heç vaxt belə bir hal baş verməyib. Bunu hamı bilir, ittiham tərəfi də dana bilməz. Mehman Əliyevi, hətta qeyri-rəsmi şəkildə, çağırış vərəqəsi olmadan, telefonla çağıranda da o, gedib ifadəsini verib», – F.Ağayev bildirib.

Mehman Əliyev şübhəli şəxs qismində saxlanıb
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

Vəkilin sözlərinə görə, tutulduğu gün də «Turan»ın rəhbərini istintaqa telefonla çağırıblar:

«Avqustun 24-də də biz «Turan» İnformasiya Agentliyinin işi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində idik. Məhkəmənin həyətində olanda Mehman Əliyevi istintaqa dəvət elədilər və biz birlikdə ora getdik. Yəni istintaqdan yayınma arqumenti tamamilə əsassızdır».

Vəkil deyir ki, hakim də növbəti gün verilən həbs qərarını əsas gətirərək, şikayəti təmin etməyib. Amma müdafiəçi bu cür əsaslandırmanı məntiqsiz sayır:

***Buna da bax-Şirməmməd Hüseynov: 'Araşdırılmalıdır Mehman Əliyev qanunçuluğu pozub, ya pozmayıb'

«Adi məntiq, zaman ardıcıllığı məsələsi var. Ayın 24-də olanları 25-də olacaqlarla necə əsaslandırmaq olar? Uzun sözün qısası, biz növbəti dəfə qanunsuzluqla üzləşdik».

XATIRLATMA

Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG