Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:47

'Mehman Hüseynovun şəxsi işini araşdıracağıq...'


Mehman Hüseynov anasının yasına buraxıldı
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Mehman Hüseynov anasının yasına buraxıldı

İki illik həbs cəzasının il yarımdan çoxunu çəkmiş bloqqer Mehman Hüseynovun şərti azadlığa buraxılması məsələsini indi də Bakı Apellyasiya Məhkəməsi araşdırır. Oktyabrın 10-da bloqqerin şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Qaradağ Rayon Məhkəməsi M.Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizəsini rədd edib. Məhkəmə Mehmanın saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsindən onun haqqında mənfi rəy verilməsini əsas götürüb.

Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Bloqqerin vəkili Şəhla Hümbətova oktyabrın 10-da məhkəmədə vəsatət qaldırıb ki, M.Hüseynov haqqında rəy vermiş Təbriz Əzizov çağrılıb dindirilsin: «O, müəssisədə Mehmanın olduğu dəstəyə rəhbərlik edir. Gəlsin, həm öz mülahizəsini əsaslandırsın, həm də bizim ona suallarımız var. Birinci instansiya məhkəməsində də müəssisə başqa bir adamı nümayəndə kimi göndərmişdi. Həmin şəxs bizim suallarımıza cavab verə bilmədi».

M.Hüseynov da vəkilinin vəsatətini müdafiə edib.

14 Saylı Cəzaçəkmə Müəssisəsi məhkəməyə bu dəfə Elgiz Murquzov adlı əməkdaşı nümayəndə qismində göndərmişdi.

Mehman Hüseynov 2 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Prokuror vəsatətə etiraz edib. Deyib ki, növbəti iclaslarda bu nümayəndə suallara cavab verə bilməsə, o zaman T.Əzizovun çağrılıb dindirilməsi məsələsinə baxa bilər.

Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib: «Müəssisənin nümayəndəsi iştirak edir. Biz özümüz də Mehman Hüseynovun şəxsi işini tələb edib araşdıracağıq».

Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən iki ay öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə apellyasiya məhkəməsinin qərarını haqlı sayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ancaq hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

XS
SM
MD
LG