Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:06

Mehman Hüseynov həbsxanaya qayıtdı


M.Hüseynov
M.Hüseynov

Bloqer Mehman Hüseynov avqustun 6-da saat 21:30 radələrində 17 saylı Cəzaçəkmə Müəssisəsinə qayıdıb.

O avqustun 6-da axşam saatlarında anasının vəfatı ilə bağlı müvəqqəti evlərinə buraxılmışdı. Bundan ötrü Mehman Hüseynovun vəkili Penitensiar Xidmət rəhbərliyinə müraciət etmişdi.

Ancaq Mehman Hüseynov evlərinə dönəndən sonra jurnalistlərə bildirmişdi ki, Penitensiar Xidmətin əməkdaşları onun bir neçə saatlığa buraxıldığını söyləyiblər, saat 22 radələrində həbsxanaya dönməlidir.

Bloqqerin vurğulamasına görə, ola bilər ki, sabah avqustun 7-də anasının dəfnində iştirak etməkdən ötrü yenidən müvəqqəti buraxılsın.

Bundan öncə də həbsxanada cəza çəkən müxalif fəallar və müstəqil jurnalistlər yaxınlarının dəfnində iştiark etməkdən ötrü müvəqqəti evlərinə buraxılıblar. Ancaq onda onlar azı bir neçə gün evdə qalıblar.

Mehman Hüseynov cəzaçəkmə müəssisinə qayıdarkən deyib ki, əgər o sabah dəfnə buraxılmasa dostlarının ailəsini darda qoymayacağına inanır.

Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib.

Firəngiz Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.

Hətta Mehman Hüseynovun vəkilləri onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət də etmişdilər.

Ancaq Penitensiar Xidmət bir neçə gün öncə müdafiə tərəfinə mənfi cavab vermişdi.

***

Bundan əvvəl xəbər verilirdi ki, avqustun 6-sı axşama doğru həbsdəki bloqqer Mehman Hüseynov qısa müddətə evə buraxılıb. Penitensiar Xidmət onun vəfat etmiş anasının dəfn mərasimində iştirak etməsinə icazə verib.

M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib.

Vəkilləri onun qısa müddətə buraxılmasından ötrü əlaqəli qurumlara müraciət etmişdilər.

F.Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.

Hətta M.Hüseynovun vəkilləri onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət də etmişdilər.

Bundan başqa, bir qrup jurnalist və hüquq müdafiəçisi də eyni məqsədlə ədliyyə nazirinə, ombudsmana və Penitensiar Xidmətin rəisinə müraciət göndərmişdilər. Ancaq Penitensiar Xidmət bir neçə gün öncə müdafiə tərəfinə mənfi cavab vermişdi.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG