Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:54

‘Eldar Mahmudov Şamaxıdakı iqamətgahla üzbəüz sahəni istəyirdi...’


Eldar Mahmudov
Eldar Mahmudov

4 milyon 640 min manatlıq qalmaqal bitməkdədir, hakim söyüldü, prokurorsa hələ sözünü deyəcək

AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə suçlanan 4 nəfərin - Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Təqsirləndirilən 4 nəfərdən 3-ü məhkəmədə hərtərəfli, obyektiv araşdırma aparılmadığını və hər şeyin Arif Alışanovun xeyrinə quraşdırıldığını deyərək, buna kəskin etiraz edib.

Etirazlar nəticə verməyib və iyulun 6-da keçirilən məhkəmədə hakim istintaqın tamamlanmasına dair qərar çıxarıb. Artıq çıxışlar mərhələsi başlanıb. Növbəti məhkəmə iclasında prokurorun AzTV sədrinə sui-qəsddə suçlananlar haqqında nə deyəcəyi bilinəcək.

“Heç olmasa... videogörüntü yaradıb suallarımıza cavab alaq”

Bu qərardan öncə məhkəmə iclasında olanlara gəlincə, Alışanovun qətlini sifariş etməkdə təqsirləndirilən Şücaət Əkbərovun vəkili İmanqulu Həsənov Alışanovla qızının səbəbini açıqlamadan məhkəməyə gəlməmələrinə etirazını təkrarlayıb.

Vəkilin fikrincə, onları üzbəüz dindirmədən, sualları cavablandırmadan ədalətli hökm çıxarmaq mümkün deyil:

“Biz onların məhkəmədə iştirakından ötrü 8 vəsatət verdik, məhkəmə heç birini təmin etməyib. Məhkəməyə gəlmədiklərinə görə, müdafiə tərəfi olaraq, bizim sual vermək imkanımız məhdudlaşıb. Gəlmirlərsə belə, heç olmasa, texniki vasitələrin köməyilə canlı videogörüntü yaradıb, suallarımıza cavab alaq”.

Təqsirləndirilən Şücaət Əkbərov da israr edir ki, Arif Alışanov məhkəməyə gəlsin:

“Həftədə 5 dəfə Şamaxıya gələ bilirdi, bura gələ bilmir? Onunla üzbəüz görüşüb, sözümü demək istəyirəm. Siz Alışanovun ifadəsini oxudunuz, onun dediklərinə inanırsınız, amma mənim dediklərimi heçə sayırsınız. Bunun törətdiyi qətli deyirəm, araşdırmırsınız ki, ittihamda yoxdir. Əvvəl deyirdilər ki, belə hadisə olmayıb, indi də deyirlər, qız dağdan yıxılıb. Eldar Mahmudov, Alı Qocayev və prokuror Həsrət Pirməmmədov da onun şərikləriydi. Gəlib dedi ki, Şamaxıda iqamətgahla üzbəüzdəki ərazini Eldar Mahmudov istəyir. Dedim, mümkün deyil, axı. Deyirdilər ki, yox e, olmalıdır. Belə şeylərə görə ilim-ilim itirdilər də...”.

Vəsatətlər təmin edilməyib

Məhkəməyə Arif Alışanovun sürücüsü Hacı Babayev və bacısıoğlu Dəyanət Cəfərov qatılıblar. Onlar bu məsələyə etiraz ediblər. Məhkəmə də vəsatəti təmin etməyib.

Vəkilin daha bir vəsatəti Şücaət Əkbərovun səhhətindəki problemlərə görə tibbi ekspertizadan keçirilməsi barədə olub. Bu vəsatət də təmin edilməyib.

Təqsirləndirilən şəxslər və onların vəkilləri əlavə şahidlərin, o cümlədən Şücaətin ikinci həyat yoldaşı Lalənin dindirilməsini istəyiblər. Ancaq bu vəsatətə də “yox” deyilib.

Vəsatətlərin təmin olunmamasına təqsirləndirilən Qoçalı Cəbiyev ağır söyüşlərlə reaksiya verib. O, hakimin ünvanına təhqirlər səsləndirdiyinə görə məhkəmə zalından çıxarılıb.

Ardınca məhkəmə istintaqının tamamlandığı elan olunub.

İyulun 10-da keçiriləcək məhkəmədə prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG