Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 05:10

Məhkəmə ANS-in şikayətinə baxacaq


Mirşahin: "Ümid edirik, tezliklə haqq-ədalət yerini tutacaq"
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Mirşahin: "Ümid edirik, tezliklə haqq-ədalət yerini tutacaq"

ANS Müstəqil Yayım və Media Şirkətinin avqustun 10-da şikayətinə baxılacaq.

APA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) iyulun 18-də verdiyi qərarından şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib.

Məhkəməyə MTRŞ müraciət etmişdi. Şuranın ərizəsində göstərilib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb. Telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.

Buna da bax - Mirşahin Ağayev: 'İlham Əliyevdən xahiş edirik ki...'

Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olub. Məktubda qeyd olunub ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilib.

MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılmışdı. Şura lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmişdi.
ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını səhv adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

XS
SM
MD
LG