Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Saakashvili və Medvedev-in Facebook-da söz savaşı


M.Saakashvili və D.Medvedev Sankt-Peterburqda MDB sammitində. 2008
M.Saakashvili və D.Medvedev Sankt-Peterburqda MDB sammitində. 2008

Avqust müharibəsindən 9 il sonra Rusiya və Gürcüstanın keçmiş ali baş komandanları arasında savaş internet cəbhəsinə keçib. Dmitry MedvedevMikhail Saakashvili Facebook-da söz savaşına çıxıblar. 2008-ci il müharibəsinə iki fərqli baxış və müharibənin bugünkü əks-sədası.

«Rusiya hər zaman öz vətəndaşlarını müdafiə etməyə hazırdır», – Rusiyanın baş naziri D.Medvedev öz Facebook səhifəsində belə bir bəyanat yayıb.

Onun bu qeydi 2008-ci ilin avqustunda baş vermiş müharibənin 9-cu ildönümünə həsr edilib. O zaman Medvedev Rusiya prezidenti vəzifəsini tuturdu:

«SƏMİMİ ETİRAF»

«Ozamankı Gürcüstan rəhbərliyi tərəfindən dinc Tsxinvali, Rusiya sülhməramlılarının mövqelərinə... həyasızcasına və alçaqcasına... hücum təşkil edilib... Ən dəhşətlisi odur ki, dinc insanlar həlak olub. Bu barbarlığı dayandırmaq lazım idi və Rusiya sülhə məcburetmə əməliyyatı keçirdi. Başqa cür hərəkət etmək olmazdı. Həm qanuna, həm də vicdana görə. Biz öz vətəndaşlarımızı müdafiə etməyə məcbur idik. Mən həm Rusiya pasportu olan Cənubi Osetiya sakinlərindən, həm də bizim beynəlxalq ictimaiyyətin regionda sabitliyin qorunmasına dair qərarını yerinə yetirən sülhməramlılarımızdan danışıram. Biz onları müdafiə etdik».

***Buna da bax-'2008-ci il müharibəsi hamıya dərs oldu' - Politoloq

Medvedev, eyni zamanda, «səmimi etiraf edib» ki, 2008-ci ilin 8 avqustunda XXI əsrdə kiminsə öz evlərində yatmış qoca, qadın və uşaqları «Qrad»lardan atəşə tuta bilməsi ona «ağlasığmaz» görünüb. Daha sonra o əlavə edib:

«Təəssüf ki, bu gün bizim bundan daha qəddar nümunələrimiz var».

Görünür, o bu cümlə ilə Ukraynanın şərqindəki münaqişəyə işarə edir. Postu daha geniş auditoriyaya çatdırmaq üçün onu ingiliscə də paylaşıb.

Saakashvili Ukraynaya dönməkdə israrlıdır
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Medvedev-lə qiyabi polemikaya girib. Onun Facebook-da yazdıqlarına görə, Rusiyanın keçirdiyi əməliyyatın əsas məqsədi qətiyyən dinc sakinləri müdafiə etmək deyildi. Məqsəd «Tbilisini tutmaq, hökuməti devirmək, uğurlu islahatları dayandırmaq və Gürcüstan dövlətçiliyini məhv etmək» idi.

«QÜVVƏLƏR QEYRİ-BƏRABƏR İDİ»

«2008-ci ildə Rusiyanın Gürcüstan ərazisinə genişmiqyaslı müdaxiləsi başladı. Əməliyyatda ümumilikdə 80 minlik nizami ordu iştirak edirdi. Artıq avqustun 8-də 200 ədəd hava texnikası bizi bombalamağa başladı. Hücum qəfil baş verdi, zabitlərimizin əksəriyyəti məzuniyyətdə, ordunun ən döyüş qabiliyyətli hissəsi isə İraqda idi. Parlamentin və hökumətin, demək olar, bütün tərkibi ölkədə deyildi. Qüvvələr qeyri-bərabər idi, ancaq Gürcüstan ordusunun qəhrəman müqaviməti sayəsində biz düşməni ləngidə bildik və o, beynəlxalq ictimaiyyət, nəhayət, ayılana qədər onun üçün dəyərli olan bir neçə günü itirdi. Birləşmiş Ştatlar hərbi-humanitar əməliyyata başlayaraq Tbilisi yaxınlığında Putin-in qüvvələrinin qarşısını aldı», – Saakashvili yazıb.

***Buna da bax-Mikheil Saakashvili Polşadan Litvaya gedib (Video)

Keçmiş Gürcüstan lideri öz postunu üç dildə – gürcü, rus və Ukrayna dilində dərc edib. Nədənsə onu ingiliscəyə çevirməyib. Ancaq o, avqust müharibəsi zamanı vətəndaş cəmiyyətinin səfərbərliyini və dəstək ifadə etmək üçün Tbilisiyə gəlmiş Baltik ölkələri, Polşa və Ukrayna liderlərinin iştirakını xüsusi qeyd edib.

Gürcüstanda insan zənciri
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

HƏMRƏYLİK

Hadisələrdən 9 il sonra Ukrayna lideri Petro Poroshenko Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə həmrəyliyini ifadə edib. Dövlət başçıları telefonla danışıblar. Poroshenko iki ölkənin «ədalətsizlik və təcavüz»ə qarşı birgə mübarizəsinin uğurla başa çatacağına əminlik ifadə edib. Tbilisi Kiyevin dəstəyinə cavab olaraq söz verib ki, Gürcüstan hərbçiləri avqustun 24-də Ukraynanın Müstəqillik Gününə həsr edilmiş paradda iştirak edəcəklər.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin də avqust müharibəsinin ildönümü münasibətilə rəsmi bəyanat verib. O, Twitter-də yazıb:

«9 il öncə Rusiya Gürcüstana soxuldu və bu, cəzasız ötüşdü. Sonra o, üzünü Ukraynaya çevirdi. Rusiya təcavüzünü dayandırmağın və Gürcüstanla Ukraynanın suverenliyini bərpa etməyin vaxtı çatıb».

Atlantik okeanın o tayında da oxşar bəyanatlar səslənib. ABŞ-da yaşayan gürcülər və Ukrayna icmasının nümayəndələri Nyu-Yorkda BMT-nin baş qərargahında toplaşaraq Rusiya hökumətinin və separatçı rejimlərin işğal siyasətinə etiraz ediblər. Onlara yerli siyasətçilər də qoşulub. Mitinq iştirakçıları dünya ictimaiyyətini Moskvanın imperiya iddialarına qarşı çıxmağa səsləyiblər. Onlar bu iddiaların qarşısının yalnız birgə səylərlə alına biləcəyini vurğulayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG