Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 08:37

Mikheil Saakashvili Polşadan Litvaya gedib (Video)


Mikheil Saakashvili

Keçmiş Gürcüstan prezidenti və Ukraynan Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili Polşadan Litvaya yollanıb.

O, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin növbəti ildönümü ilə əlaqədar Vilnüsdə Rusiya səfirliyinin qarşısında keçirilən aksiyaya qatılıb. Məlumata görə Avropa parlamentinin üzvü Petras Austrevicius ona Litva vətəndaşlığı təklif edib, amma Saakashvili buna ehtiyac olmadığını bildirib.

O qeyd edib ki, hazırda Ukrayna pasportu ilə gəzir və prezidenti Petro Poroshenkonun Vaşinqtonda səfərdə olarkən onu Ukrayna vətəndaşllığından məhrum etməsi qanunsuzdur.

Saakashvili avqustun 7-də Polşaya səfəri zamanı bildirmişdi ki, vətəndaşlığını bərpa etmək üçün məhkəməyə üz tutacaq.

"Putin sonda beynəlxalq təcrid vəziyyətə düşəcək"

Mikheil Saakashvili deyir ki, Rusiya prezidenti Vladimir Putin Moskva ilə Qərb arasındakı gərginlik nəticəsində sonda tam “beynəlxalq təcridlə” üzləşəcək.

O, avqustun 7-də Polşada səfərdə olarkən Azadlıq Radiosuna müsahibəsində həmçinin deyib ki, Rusiya müxalifəti yəqin ki, sonda üstün gələcək.

“Sonda Putin tam beynəlxalq təcrid vəziyyətə düşəcək, çünki Moskva ilə Qərb arasındakı gərginlik sürətlə artır”, Saakashvili deyib.

Saakashvili həmçinin bildirib ki, Rusiyanın daxilində ciddi müxalifət var . O bunu deyərkən xüsusilə gəncləri nəzərdə tutduğunu bildirib və müxalifət fəalı Aleksei Navalny-nın çağırışı ilə bu yaxınlarda Rusiyada keçirilən etirazlara işarə edib.

Saakashvili etiraf edib ki, Rusiya müxalifəti hələlik azlıqdadır, amma artıq indi rusiyalıların əksəriyyətinin mənəvi dəstəyini qazanıb.

Qeyd edək ki, həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru olan Saakashvili Ukrayna vətəndaşıdır.

Ukrayna hakimiyyəti bu yaxınlarda Vaşinqtonda səfərdə olarkən onu vətəndaşlıqdan məhrum edib.O, Polşaya Birləşmiş Ştatlardan gəlib.

Saakashvili Ukraynaya dönməkdə israrlıdır
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Qeyd

Gürcüstanın keçmiş prezidenti olmuş Mikheil Saakashvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında Ukrayna prezidenti Petro Poroshenko-nun əmri ilə alıb. Bundan sonra Poroshenko onu Odessa vilayətinə qubernator təyin edib.

Amma o, ötən il istefa verərək deyib ki, antikorrupsiya fəaliyyəti rəsmi səviyyədə əngəllənir.

Gürcüstanda hazırki hakimiyyət tərəfindən prezidentliyi dövründə dövlət vəsaitini dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Saakashvili-ni Ukrayna vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığından məhrum ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG