Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:27

'Azərbaycan xalçaları anbarlara yığılır' [mətbuat icmal]


Arxiv fotosu
Arxiv fotosu

Ölkədə sənayeləşmənin inkişafı, ağır atletika və xalçaçılıq sahəsində durum bu gün (18 sentyabr. 2017-ci il) medianın aparıcı mövzularındandır…

Ağır atletikanın “ağır” günləri

Exo” qəzetindəki “Tam anarxiya”: “Azərbaycan ağır atletikasında ağır vəziyyət” sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycan idmanının bu sahəsindəki durumu ağırlıqqaldırma üzrə milli komandanın keçmiş baş məşqçisi Vahid Nəzərovla müzakirə edir.

Müəllif yazır ki, son illərdə Azərbaycan ağır atletikası ölkədə ən problemli idman sahəsinə dönüb. Ölkə ağır atletləri hər il qadağan olunmuş preparatlar qəbul etməkdə suçlanırlar. Hətta İslam Həmrəylik Oyunlarında da Azərbaycan ağır atletlərinin dopinq qalmaqalı yaşadıqları iddia olunur. Bu yaxınlarda isə məlumat yayılıb ki, dopinq qalmaqalı ilə bağlı Azərbaycan yığma komandası daha 8 ölkə ilə birgə bu ilin noyabr-dekabr aylarında ABŞ-da keçiriləcək dünya çempionatına buraxılmaya bilər.

Qazaxıstanı Olimpiya çempionu edən Nicat Rəhimov
Qazaxıstanı Olimpiya çempionu edən Nicat Rəhimov

“Mən 18 il Azərbaycan ağır atletikasına rəhbərlik etmişəm. Dünya və Avropa çempionları hazırlamışam. O zaman Azərbaycan müstəqilliyini yenicə qazanmışdı, biz bir neçə nəfər Azərbaycan ağır atletikasını yenidən yaradırdıq, daim də nəticələr var idi. 1996-cı ildə Atlantaya iki idmançı ilə getdik, 4 ildən sonra isə lisenziya sayı 5-ə çatdı. Bizdə dünya və Avropa çempionları var idi. 2009-cu ildə 7 medal qazanaraq Avropa çempionatında üçüncü yer tutduq. Bundan iki ay sonra məni yığma komandadan kənarlaşdırdılar, xaricdən mütəxəssis gətirdilər”, – deyə V.Nəzərov başına gələnləri nəql edib.

Buna da bax: 'Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi'

V.Nəzərov deyib ki, Bolqarıstandan gələn şəxsin məşqçi kimi təcrübəsi yox idi. Üstəlik, hələ, o zaman bəzi bolqar idmançılar dopinqdə ifşa edilmişdilər.

Keçmiş baş məşqçi vurğulayıb ki, 2010-cu ildə təkcə dopinqdə ifşalara görə Azərbaycan 1 milyon 500 min avrodan çox cərimə ödəyib.

V.Nəzərov deyib ki, məsələ təkcə maliyyə itkiləri ilə, medalların geri alınması ilə bitməyib, idmançılar ölkəni tərk ediblər.

Buna da bax: Azərbaycan idmançıları Londonda medal qazanmadı

O vurğulayıb ki, Nicat Rəhimov kimi idmançı Qazaxıstan bayrağa altında dünya və Olimpiya çempionu olub.

Anbarları “bəzəyən” xalçalar

Novoye Vremya” qəzetində isə diqqəti “Anbarları isidən xalçalar” sərlövhəli məqalə cəlb edir.

Yazıda bildirilir ki, son zamanlar iqtisadi baxımdan xalçaçılıq sənətinin inkişafına diqqət artırılıb.

Azərbaycan xalçaları
Azərbaycan xalçaları

Müəllif vurğulayır ki, hazırda xalça dekor və döşəmə rolunu yerinə yetirir. Ona tələbat o qədər də çox deyil. Müəllif hesab edir ki, məhz böhrandan sonra bu sənətə diqqət artırılıb:

Buna da bax: Bakıda xalça simpoziumu keçiriləcək

“İndi xalçaya tələbat çox azdır. Ancaq bu hökumətə xalçaçılıq sahəsini inkişaf etdirmək üzrə plan qəbul etməyə mane olmur. Ölkənin müxtəlif rayonlarda “Azərxalça” ASC-nin 30-a qədər filialı açılıb. Burada 5 min nəfərə yaxın şəxsin işlə təmin ediləcəyi nəzərdə tutulur”.

Yazıda ancaq buna şübhə bəslənilir.

Müəllifi vurğulayır ki, istənilən iqtisadi məhsulun son göstəricisi onun bazarda yeri və satışıdır. Ancaq bu sahədə statistik göstəricilər nikbin olmağa bir elə əsas vermir.

Müəllifin yazdığına görə, 2016-cı ildə 167 xalça satışa göndərilib, ancaq onların çoxu satılmayıb:

Buna da bax: 'Şekspir xalçası' müsabiqəsinin qalibi bəlli oldu

“2016-cı ilin sonuna anbarlarda 389 kv/metr xalça qalıb. Durum 2017-ci ildə də dəyişməyib... ”

Statistik göstəriciləri sadaladıqdan sonra müəllif yazır ki, xalçalar “anbarlar”da saxlanmaqdan ötrü istehsal edilir:

“Başqa sözlə hətta bizim üçün ənənəvi sahədə də idxaldan asılıyıq. Yerli istehsal anbara yığılır. Hətta xalçaçılıq stimullaşdırılsa belə, mənasızdır. Xalça anbarlarda qalacaqsa toxunmasının mənası nədir?”.

İnkişafın təməli - sənaye parkları

Azərbaycan” qəzetində “Sənayeləşmədə həlledici dövr” sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycanda sənayeləşmə prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qeyri-neft sektorunun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin artmasında bu sahənin müstəsna rolu var.

İlham Əliyev Pirallahida. 21 iyul 2017
İlham Əliyev Pirallahida. 21 iyul 2017

Müəllif vurğulayır ki, ölkədə sənayeləşmənin inkişafı “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb.

2013-cü ilin aprelində imzalanan “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi ilə isə bu sahəyə diqqət artırılıb.

Yazıda, Sumqayıt şəhərində Kimya Sənaye Parkının yaradılması ölkənin qeyri-neft sənayesinin inkişaf etdirilməsi baxımından ən ciddi layihələrdən biri adlandırılır.

Buna da bax: Sənaye parklarında 'atı arabanın qabağına bağlamaq' məsələsi

Daha sonra Pirallahı Sənaye Parkından bəhs edən müəllif yazır ki, orada dərman preparatlarının istehsalı nəzərdə tutulur. Yazıda bildirilir ki, orada təkcə daxili tələbatdan ötrü yox, həm də ixrac məqsədi ilə mal istehsal edilməlidir:

“Müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi və sənaye parklarının yaradılması qarşıya qoyulan strateji hədəflərə uğurla çatmağa imkan yaradır”.

XS
SM
MD
LG