Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 11:32

'Hakim komanda, böhran vəziyyətində hara sıçraya bilər?'


Əli Əhmadov (ortada)

Dövlət başçısı İlham Əliyevin xidmətləri, hakimiyyətin verdiyi vədlərin əsassızlığı, ölkə banklarnda depozit həcminin kəskin azalması, xarici şirkətlərin ölkədən axını bu günkü medianın aparıcı mövzusudur…

İqtidarın təhlükəli sıçrayışı

“Azadlıqinfo” saytı “Hökumət Azərbaycanı hara sıçradacaq?” sərlövhəli məqalədə hakimiyyətin sözü ilə əməli arasında antoqonist ziddiyyət olduğunu şərh edir.

Müəllif Azərbaycanın yeni sıçrayışa və ölkənin əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşması barədə baş nazirin müavini Əli Əhmədovun açıqlamasınıironiya iə qarşılayır:

“Bu fantastik fikirləri Əli Əhmədov səsləndirib, amma bizlər 23 ildir bunların özfəaliyyətinin nədən ibarət olduğuna şahidlik edirik.140 milyard neft pulu daxil olan ölkəni iflic hala salan, milli valyutanı 124 faiz ucuzlşadıran, ölkəni xarici borcla yükləyən, hətta kortof-soğana olan tələbatı da yerli istehsal hesabına ödəyə bilməyən komanda, böhran vəziyyətində hara sıçraya bilər?”.

Karikatura, neftin qiyməti
Karikatura, neftin qiyməti

Müəllif bu düşüncədədir ki, yükü korrupsiya, inhisar, hüquqsuzluqdan ibarət

olan bu komanda ilə harasa sıçramaq mümkün deyil.

Məqalədə deyilir ki, böyük sıçrayışlar üçün əlverişli fürsətlər olub. Amma bu iqtidarla bu fürsətlər irəli sıçramağa yox, geriyə addımlamağa xidmət edib.

Müəllifə görə, mövcud iqtidar ölkənin böyük sıçrayışla irəli getməsinə imkan verilməyib, sıçramağa hazır olan ölkənin qanadları, ayaqları kəsilib.

Məqalədə iqtidarın sıçrayışının xalq üçün problem olacağından ehtiyatlandığını deyir:

“Reallıq budur ki, hökumətin sıçrayışı xalqın başında çatlayır, sıçrayıb qiymət qaldırırlar, sıçrayıb cərimələri sərtləşdirirlər, sıçrayıb kredit bataqlığı yaradırlar və.s”.

Yazi müəllifi son illər iqtidarın xalqa yaşatdığı problemləri ümumi şəkildə sadalayaraq bu hökumətin ancaq xalqın başına düşmək üçün sıçraya bildiyini ifadə edir. Bu dəfə ki, sıçrayışın da belə nəticələnəcəyini vurğulayır. Müəllif ölkəyə həqiqi sıçrayışın lazım olduunu deyərək,iqtdara daha sıçrayış etməmək tövsiyəsiverir:

“İndiki halda ən yaxşı, ən mütərəqqi sıçrayış, hökuməti təhvil verib, istefaya getmək olardı. Biz çoxdandır ki, məhz bu sıçrayışı gözləyirik”.

İlk milli lider-İlham Əliyev

“Azərbaycan” qəzeti “İlham Əliyev missiyası” sərlövhəli məqalədə dövlət baçısı İlham Əliyevin Azəbaycan dövləti önündə xidmətlərini dəyərləndirilir.

Məqalədə İ.Əliyevin liderliyindən bəhs olunur:

İlham Əliyev Karaçay Çərkəs müftisinin hədiyyə etdiyi milli geyimdə
İlham Əliyev Karaçay Çərkəs müftisinin hədiyyə etdiyi milli geyimdə

“İlham Əliyev sırf Azərbaycanın müstəqillik tarixində formalaşan bu miqyasda ilk milli liderimizdir. Fəal siyasətə Azərbaycanın müstəqilliyi dövründə qədəm qoymuş İlham Əliyev xalqın müstəqillik ruhunun, yeni siyasi-iqtisadi, sosial-mədəni sistemə əsaslanan tamam fərqli reallıqlar dövrünün yetirdiyi milli liderdir”.

Müəllifə görə, İlham Əliyevin liderlik məharəti bundadır ki, atdığı bütün addımlarda hər cür gözlənilməzlikləri nəzərə alır, dəyişikliklərə çevik reaksiya verə və öz qərarlarını reallıqla uzlaşdıra bilir.

Məqalədə deyilir ki, İlham Əliyevin timsalında bu ölkəyə qarşıya qoyulmuş məqsədləri və bu məqsədlərə doğru yolları irəlicədən görməyi bacaran, hər şeyin yerini, vaxtını vədəsini yaxşı bilən, bu yolda yerinə yetiriləsi vəzifələrin icraçılarını düzgün müəyyənləşdirən, onları ortaya qoyduqları işin nəticələrinə görə qiymətləndirən uğurlu bir menecer rəhbərlik edir.

Sonda müəllif dövlət başçısı İlham Əliyevi ad günü münasibətilə təbrik edərək deyir:

“Bəli, İlham Əliyevin öz ömür yolu ilə yaratdığı tarix indikindən də işıqlı gələcəyə doğru davam edir. Bu gün - dekabrın 24-də isə bu böyük insanın ömründə iki 5 rəqəmi qoşalaşdı.Azərbaycan Prezidenti 55 yaşına gəlib çatdı!”

Sürətlə azalan bank depozitləri

Manat və ABŞ dolları, 2 may 2009
Manat və ABŞ dolları, 2 may 2009

“Exo” qəzeti “Azərbaycan banklarına depozit qoyuluşu sürətlə azalır” sərlövəhli məqalədə durumu ekspertlərlə müzakirə edir.

“Dövlətdə sabit itisadi durumun olması əhaliyə əmanətlərini bank hesablarına qoymaqla faiz olaraq divident almağa imkan verir. Əksinə durum sabit olmadıqda əhali əmanətlərini geri götürür, bu da təəccüblü deyil, çünki, ağır iqtisadi durum bank sektorunda da əksini tapır”. Ekspert Samir Əliyev durumu qəzetə belə şərh edir.

Ekspert bunun 2016-cı ildə də davam etdiyini deyir. Qarşıdakı ildə də belə olacağını pqonozlaşdırır. S.Əliyev bildirir ki, 2016-cı ilin yanvarında bank sektorunda 10 milyard manata yaxın depozit qeydə alınsa da, bu ilin noyabrında həcm azalaraq 7 milyard 413 milyon manata enib.

Ekspert hesab edir ki, 22% olmaqla bu olduqca ciddi azalmadır və ölkənin bank fəaliyyətinə kifayət qədər mənfi təsir edə bilən göstəricidir. Onun fikrincə, bankların bağlanması 2017-ci ildə də davam edəcək və ölkədə 30-dan da az bank qalacaq.

Vüqar Bayramlı
Vüqar Bayramlı

Ekspert Vüqar Bayramlı da ölkə əhalisinin banklara münasibətdə etimad problemi yaşadığını deyir və bu problem həllini tapmadıqca bank sektorunun problemlərinin həll olunacağını mümkünsüz adlandırır. V.Bayramlı əhaliyə əmanətlərini dollar, funt, avro hesablarında saxlamağı məsləhət görür.

Ekspert Nəriman Ağayev isə yaxın vaxtlarda manatın məzənnəsinin güclənəcəyini düşünməyi belə yersiz sayır. Onun fikirincə, manat daha da ucuzlşacaq. Ölkədə iqtisadi durum daha da pisləşəcək, qalıcılıq qabiliyyəti daha da enəcək. Banklara etimada gəlincə isə N.Ağyev bildirir ki,bütünlükdə sabit iqtisadi proseslər olmadıqca, bu etimad yaranmayacaq.

Ölkədən gedən şirkətlər çoxalır

“Novaya Vremya” qəzetində “Xarici investorların axını güclənir” sərlövhəli məqalə diqqəti çəkir. Müəllif xarici investorların ölkəni tərk etmələri səbəbinə aydınlıq gətirməyə çalışır.

Məqalədə deyilir ki, indiki mürəkkəb şəraitdə hökumət xarici investisiyanın ölkəyə cəlb olunmasına tüğyan edən böhrana qarşı mübarizə vasitəsi kimi baxır. Amma əks proseslər baş verir.

Ölkəni tərk edən bir neçə xarici şirkətin adını çəkən müəllif qeyd edir ki, bu şirkətlər hakimiyyətin priroritet elan etdiyi qeyri-neft sahəsində çalışan şirkətlərdir:

“Müşahidə edilən tendensiya xarici kapitalın Azərbaycanın qeyri-neft sahəsinin inkişat etdirilməsində iştirak etmək nikbinliyi təlqin etmir. Hələ onu demirik ki, neft sahəsində çalışan bir neçə şirkət də ölkəni tərk edib”.

Müəllifə görə, kənd təsərrüfatı, maşınqayırma, informasiya-kommunikasiya və sənye sahələri durğunluqdadırsa ölkə iqtisaidyyatının inkişaına əminlik yaranmır:

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

"Bunun üçün xarici kapitalın ölkədə qalması naminə vergi, korrupsiya və inhisara qarşı mübarizə sahəsində qanunvericilik səviyyəsində dəyişikliklər edilməlidir. Ölkənin bank və maliyyə sistemi sabitləşdirilməlidir, indıki dollara nisbətdə manatın aşağı məzənnədə olması, dollar qıtlığı şəraitində, maliyyə bazarında tezliklə sabtilik olacağı haqqında danışmaq yersiz görünür”.

Müəllif hesab edir ki, Mərkəzi Bank bank sektorunun böhrandan çıxması üçün təşəbbüs belə göstərmir. Ölkədən maliyyə axınını qarşısını ala bilmir və səmərəsiz fəaliyyəti aktivlərinin azalmasına səbəb olub.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG