Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 20:59

Bazar günü yerli media çörəyə artan təlabat, dolların getdikcə bahalaşması və s. məsələlərdən yazır.

Azadlıq.info saytı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmova istinadən yazır ki, Azərbaycan tarixində görünməmiş haldır, ölkəyə 2016-cı ildə 1 milyon 600 min ton buğda idxal olunub.

"Heç vaxt bu qədər həcmdə idxal buğdasına ehtiyac olmayıb. Buğda idxalının artmasının bir neçə səbəbi var. Birincisi, ölkədə taxıl, o cümlədən buğda istehsalı kəskin şəkildə azalıb. İkincisi isə, ölkə əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ucuz, az kalorili məhsullara, xüsusən çörəyə olan təlabatı artırıb. Vəziyyətdən taxıl inhisarçıları bəhrələniblər".

Sayt yazır ki, 2016-cı ildə dünya bazarında ərzaq buğdasının 1 tonu 134-151,75 dollar arasında təklif olunduğu halda, həmin ildə keyfiyyəti aşağı olan buğdanı ölkəyə 184, 4 dollara sənədləşdirərək idxal ediblər:

"Beləliklə buğda idxalı üçün ölkədən 296,8 milyon dollar vəsait çıxarılıb ki, bu da əcnəbi fermerlərin biznesini stimullaşdıracaq, onların gəlirini artıracaq".

Məzənnəni bazar müəyyən etsə…

“Müsavat.com” saytı “Hökumət dollara “həddini bildirdi”- 2 manat...” sərlövhəli məqalədə son vaxtlar dolların manata nisbətdə bahalaşmasını ekspert Vüqar Bayramlı ilə araşdırır.

Vüqar Bayramlı ilə araşdırır.

Məqalədə ekspertlərə istinadən dünyadan fərqli, Azərbaycanda dolların bahalaşmasının səbəbi kimi Mərkəzi Bankın (MB) dolların məzənnəsini 2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoymasını göstərir.

V.Bayramov bildirir ki, “üzən məzənnə”də kursu Mərkəzi Bank müəyyən etmir:

“Çünki bu, liberal məzənnədirsə, o zaman bazar müəyyən edir, amma son hərracların da nəticəsi göstərir ki, manatın dollara nisbətdə məzənnəsini MB müəyyənləşdirir. MB çalışır ki, bazarda manatın məzənnəsini daha tez formalaşdıra bilsin. Doğrudan da manatın bazar məzənnəsinin müəyyənləşməsi olduqca vacibdir”.

Ekspertə förə, bazar məzənnəsini müəyyən etmək ona görə vacibdir ki, bu baş verməyincə real sektora sərmayələrin cəlb edilməsi kifayət qədər çətin olacaq.

Onun fikrincə, xarici investorlar əmin olmalıdırlar ki, bu, artıq bazar məzənnəsidir. Bazar məzənnəsi isə o deməkdir ki, manat bazar məzənnəsi müəyyənləşərsə, bu halda artıq müəyyən müddət həmin məzənnə ətrafında dəyişəcək.

V.Bayramov dolların 2 manat həddinə kimi bahalaşa bilməsi hadqa deyir:

Vüqar Bayramov, 17 yanvar 2014
Vüqar Bayramov, 17 yanvar 2014

“Bazar məzənnəsini bazar özü müəyyənləşdirməlidir. Hansısa bir rəqəmi öncədən nə MB, nə də digər qurumlar rəsmiləşdirə bilməz. Burada ssenariyə də baxmaq lazımdır. Nəzərə alaq ki, Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14.5 milyard manatdır, onun 7.5 milyard manatı birbaşa Mərkəzi Banka, 6.1 milyard manatı isə büdcəyə transfertlərdir. Mərkəzi Banka transfertlər hərraclar vasitəsilə bazara çıxarılarsa, o zaman Mərkəzi Bank psixoloji təzyiqi ciddi şəkildə azalda bilər”.

Ekspert “qara bazar”ın dollar qıtlığından irəli gələräk yarandığını da deyir . Əlavə edir ki, banklar dollar satışını bərpa edəcəkləri halda faktiki, “qara bazar”ı sıradan çıxara biləcəklər.

Səmərəli və təhlükəsiz layihə

"Azərbaycan" qəzeti yazır ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verən layihədir. Bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Onun istifadəyə verilməsi ilə nəqliyyatın imkanları genişlənəcək, sərnişin və yük daşımalarının həcmi artacaq".

Qəzet yazır ki, bu dəmiryolunun Asiya və Avropa arasında yük və sərnişin axınının artmasına təkan verəcəyi, turistlərin gediş-gəlişi üçün rahatlıq yaradacağı, Xəzər və Qara dəniz arasında bağlantını təmin edəcəyi şəksizdir.

Türkiyə, Qars bölgəsində keçən dəmiryolu, 23 sentyabr 2014
Türkiyə, Qars bölgəsində keçən dəmiryolu, 23 sentyabr 2014

"Digər ölkələrin də bu layihəyə qoşulması nəticə etibarilə tarixi İpək Yolunun inkişafına xidmət edəcək. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq".


Qəzet yazır ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə yataq tipli 30 vaqon sifariş verib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” kateqoriyalarına bölünməklə dörd cürdür. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlikdir.
Müasir texnoloji üstünlüklərə malik vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq. Bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin rahatlığını təmin edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG