Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 01:33

Bu acı əhvalat Xankəndindən olan köçkünün başına gəlib


Yanğın (arxiv fotosu).

“Bura mətbəx idi. Bir az salamat qalanı elə bura oldu. Örtüyü dağılıb. Yanğınsöndürənlər yanğını söndürəndə dağıldı. Yağış içərisinə yağır”.

Məcburi köçkün düşəndən yataqxana həyatı sürüb. Pinəçiliklə qazanıb yığdığı pulları toplayıb zar-zor bir yuva qurmuşdu özünə. İçərisinə yenicə yığışıb sevinməyə başlayanda hər şey alt-üst olub. İllərlə qurduğu dəqiqələrlə yanıb külə dönüb…

Buna da bax:​ Bəzi köçkün ailələrinə ev verilməyəcək

“ÇƏKMƏ DÜZƏLDƏ-DÜZƏLDƏ TİKMİŞDİM BU EVİ”

Bu acı əhvalat bu ilin yanvarında köçkün Şəkur Şükürovun başına gəlib. Xankəndindən Kərkicahana, oradan Şuşaya, Şuşadan Bərdəyə, Bərdədən Ağcabədiyə, ordan da Bakıya köç edən Şəkur ailəsini bir yerə yığmaqdan ötrü dişiylə-dırnağıyla tikib başa vurduğu üç otaqlı ev yanıb. Deyir, elə yanıb ki, əşyalar da külə dönüb:

“Səhər gəlinim uşağı məktəbə apardı, mən də işə gedirdim. Zəng gəldi, qayıtdım, ev külə dönmüşdü. Yanğınsöndürən gəlincə, hər şey yanmışdı. Heç nə çıxara bilmədik. Çətinliklə, çəkmə düzəldə-düzəldə tikmişdim bu evi…”

Deyəsən, yanğın faciələri bu adamın taleyinə yazılıb. Bundan əvvəlki evini də, deməsinə görə, o vaxtlar ermənilər yandırıb. Bu da iki…

Buna da bax: Lal-karlar üçün internat məktəbinin köçkünləri tualetə çöldə gedirlər

“FONDDA VƏSAİT YOXDUR”

Şəkur Şükürov qohumların evinə sığınıb. Evinin təmir bərpası üçün Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində (“Qaçqınkom”), Nazirlər Kabinetində, Heydər Əliyev Fondunda, Fövqəladə Hallar Nazirliyində, Suraxanı rayon İcra Hakimiyyətində qəbullarda olub. Bütün qurumlar onun ərizə və məktublarını Suraxanı rayon icra Hakimiyyətinə yönəldir.

Suraxanı rayon icra hakimiyyətindən AzadlıqRadiosu-na bildirilib ki, nəinki Şəkur Şükürovun, ümumiyyətlə, rayon ərazisindəki hansısa fərdi evin təmir-bərpasına fondda vəsait yoxdur. Bildirilib ki, ən yaxşısı, Şəkur Şükürov “Qaçqınkom”a müraciət eləsin.

Buna da bax: 'Traktorların qarşısına atıldıq'

Qaçqınkom”dansa bildirilib ki, Şəkur Şükürovun yanan evi fərdi ev olduğundan qurum belə məsələlərə, necə deyərlər, əl uzatmır.

Yenə də evini yenidən qurmaq yükü köçkünün öz üzərinə düşür.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG