Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Məcburi köçkün müəllimlər NK qarşısına yığışdı


Məcburi köçkün müəllimlərin Bakıda Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirib. 01noy2017
Məcburi köçkün müəllimlərin Bakıda Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirib. 01noy2017

Məcburi köçkün müəllimlərin Bakıda etiraz aksiyası keçirdikləri bildirilir. Onlarla müəllimin bu gün. noyabrın 1-i Nazirlər Kabinetinin qarşısına toplaşıb, əməkhaqlarının verilməməsinə etiraz etdikləri deyilir.

Bu haqda AzadlıqRadiosu-na həmin müəllimlərin özləri məlumat verib.

Onların deməsinə görə, aksiyanı Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsi adlanan qurum təşkil edib.

Verilən məlumata görə, qurumun üzvləri, habelə bir qrup məcburi köçkün müəllim əvvəlcə Nazirlər Kabinetinin qarşısına toplaşıb, ardinca qəbul otağına daxil olublar.


Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]

Onlar bildiriblər ki, köçkün düşən müəllimlərə itirdikləri iş yerlərinə görə, orta aylıq əməkhaqqı həcmində ödənişlər edilir. Məcburi köçkün müəllimlər son aylarda həmin ödənişlərin dondurulduğunu bildirirlər.

Məcburi köçkün müəllimlərin Bakıda Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirib. 01noy2017
Məcburi köçkün müəllimlərin Bakıda Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirib. 01noy2017

Müdafiə komitəsinin koordinatoru Əlövsət Sadıqlı da bildirib ki, köçkün müəllimlərə və büdcədən maliyyələşən digər köçkünlərə ödənişlər dayandırılıb.

“Bu qanunsuzdur. İnsanlar işğal nəticəsində öz yurdlarını tərk ediblər, iş yerlərindən məhrum olublar. Dövlətin borcudur ki, onları ya işlə təmin etsin, ya da həmin orta aylıq əməkhaqqının ödənilməsini davam etdirsin. Biz bu məsələyə aydınlıq gətirilməsini baş nazirdən, baş nazirin müavini, “Qaçqınkom”un sədrindən tələb edirik”, – o, bildirib.

Buna da bax: Keçmiş amerikalı diplomatlar: Əliyevlə sərt davranın

Verilən məlumata görə, onları heç kim qəbul etməyib.

Şikayətə, hələlik, Nazirlər Kabinetindən və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG