Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Fəal: Meşə sahələrini qırıb fındıq bağları salmaq qanunsuzdur


Oqtay Gülalıyev yenidən əməliyyat olundu. Türkiyədən xəbərlər
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Oqtay Gülalıyev yenidən əməliyyat olundu. Türkiyədən xəbərlər

Təbiəti mühafizə fəalları Azərbaycanın bir neçə rayonunda açıq meşə sahələrinin fındıq bağlarına verilməsi ilə bağlı həyəcan təbili çalırlar.

Ekoloq fəal Cavid Qara deyir ki, Şəkidə buldozerlər var gücləri ilə işləyib, böyük əraziləri kürüyürlər, indi məhv edilən bitki örtüyünü bərpa etmək üçün on illər lazım olacaq, bu qırılma ekoloji fəlakətdir, ekologiya nazirliyi isə deyir ki, hər şey qanunidir.

Cavid Qara deyir ki, min hektarlarla kolluq, seyrək meşəlik, çay ekosistemləri kürünüb sıradan çıxarılır:

“Ərazidəki ekosistem tamamilə məhv edilir, suqoruyucu, torpaqqoruyucu funksiyasını tamam itirir, həmin ərazidə və ətraf ərazidə böyük səhralaşma başlayacaq. Bu, böyük bir ekoloji fəlakətin başlanğıcıdır. Həmin ərazilərdə torpaq örtüyü tamamilə sıradan çıxıb. Altı çay yatağıdır bu ərazilərin, daşdır, tozdur. Bu ərazilərdən küləyin qaldırdığı torpaq ətraf ərazilərdəki əkinə yararlı torpaqları tamamilə deqradasiyaya uğradacaq”.

Söhbət Şəkinin Bideyiz və Köbər Zəyzit kəndləri yaxınlığında və Cunud və Baş Layısqı kəndləri yaxınlığındakı ərazilərdən gedir.

Qanun yenə də pozulur

Cavid Qaranın yaratdığı EcoFront qrupu həmin ərazidə çəkiliş aparıb:

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə AzadlıqRadiosuna bildirib ki, həmin ərazilərdə fındıq bağlarının salınması qanunidir:

“2017-ci ildə Azərbaycan Respublikasının Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir. Meşə fondunun açıq sahələrinin, istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərəli istifadə etmək məqsədilə Lənkəran, Quba, Qusar, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz rayonlarının açıq meşə sahələrinin aqro bağların salınması üçün uzunmüddətli icarəyə verilməsi işləri bu gün də davam edir”.

Nazirlik bildirir ki, bu məqsədlə kürümə açıq meşə sahələrində aparılır və qırılan yalnız kollardır.

Cavid Qara
Cavid Qara

Cavid Qara isə nazirin müavini ilə razılaşmır, bildirir ki, bir sıra qanunlar, o cümlədən, Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında qaydalar pozulub. O, bu qaydalardan sitat gətirir:

“Meşə bitkiləri ilə örtülü olmayan, meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə müqavilə əsasında bir ildən 49 ilə qədər icarəyə verilə bilər. Ancaq meşə bitkiləri ilə örtülü olmayan ərazilərdən söhbət gedir. Və bu, ancaq meşə bərpa məqsədilə verilə bilər. Qanunun heç bir hissəsində aqromeşə, aqropark kimi digər sözlər yoxdur. İcarə müqaviləsinə xitam verilməsi üçün yetərincə əsas yaradılıb”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev AzadlıqRadiosuna bildirib ki, bu ərazilərdə fındıq, qoz, başqa meyvə ağacları əkiləcək. Məqsəd də ərzaq bolluğu yaratmaq, ixracı artırmaqdır. Həm də kürünən bu açıq sahələr meşəyə çevriləcək.

Meşə sahəsini qıranlar haqda nə bilirik?

Şəkinin Bideyiz kənd sakinləri isə deyirlər ki, nəinki meşələr kürünüb, onların örüş sahələri də əllərindən alınıb:

“Nəyə görə bizim otlaq sahəmiz çıxır əlimizdən? Bizim malımız harda yeməlidir, harda otlamalıdır, hardan su içməlidir? Örüş yerləri ilə kifayətlənmədilər, indi də başlayıblar 100 yaşlı, min yaşlı palıdı kürüməyə?!”

“Örüş sahəmiz əlimizdən alınıb, fındıq bağları salınıb. Bu azmış kimi meşələri də kürüyürlər…”

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, örüş yerlərində fındıq bağlarının salınması ilə bağlı onlarda məlumat yoxdur.

Ərazidə iş aparan şirkətlərdən biri - Monte Ferro MMC-nin nümayəndəsi Yunus Əfəndiyev bildirir ki, Bideyiz kəndində 180 hektar bələdiyyə torpağı qanuni yolla, hərracla alınıb və burdakı torpaqlar 100 ildən çox idi ki, tamamilə istifadəsiz idi, bu yerlər daşdan təmizləyib, bağ salırlar.

Kəndlilər isə deyirlər ki, heyvanları örüş yersiz, kəndləri meşəsiz qalır və dövlət buna mane olmalıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Meşələrin yerində fındıq bağı salınsınmı?
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Ekoloq Cavid Qara da israrla bildirir ki, açıq meşə sahələrinin kürünüb ekoloji tarazlığın pozulması işləri dayanmalı, burda baş verənlər ictimaiyyət üçün aydınlaşdırılmalıdır.

İnternet resurslarında olan məlumata görə Monte Ferro şirkəti AGA Group-a daxildir.

AGA Group şirkətlər qrupunda Monte Ferrodan başqa Bakıdakı “Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA Center”, “Ariana Business Park”, “Start Co-Working” kimi əmlaklar, “Ferrum Kapital” və “Caspian Audit” MMC-lər, “Da Vinci” və “Caspian Palace” otelləri, “Bravo Online Systems” informasiya texnologiyaları şirkəti də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG