Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:07

Azərbaycanın meşələrini hansı sahibkarlar üçün çəpərləyirlər?


İlham Əliyev problemli kreditlər haqda bunları deyir
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

İlham Əliyev problemli kreditlər haqda bunları deyir

Ekologiya və Təbbi Sərvələr Nazirliyi Azərbaycanda meşələrin çəpərlənməsinə başlayıb. Nazirliyin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov fevralın 22-də keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

O deyib ki, yalnız malqaranın və insanların müdaxilə etdiyi ərazilər çəpərlənir. Bu günə qədər Quba, Zaqatala, Gədəbəy, Qax və bir çox dağ rayonlarında çəpərlənmə işləri aparılıb. Gələcəkdə daha 200 kilometriklik ərazidə də çəpərlənəcək:

"Həmin ərazilər, əsasən, dağlıq rayonlarda olacaq. Mal-qara yaylağa meşə fondu ərazilərindən keçib, gedir. Bu yolun hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara cığırdan kənara çıxa bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının qarşısını almaq və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır”.

Örüş yerləri son zamanlar kəndlilərin ən əsas problemlərindən birinə çevrilib. İmişli rayonunun sakinləri də bu sarıdan əziyyət çəkirlər. Deyirlər ki, 4 il əvvələcən mal-qaralarını otardıqları yerlərdə indi pambıq əkilir. Onlar da qalıblar örüşsüz:

“Ağacları bir gecədə verdilər bulduzerin ağzına, doğradırlar. Sonra ərazini şumlayıb, orda pambıq əkməyə başladılar. Bu qədər kənd əhalisi də örüş yerlərindən məhrum oldu. Bəs, indi biz mal-qaramızı harda otaraq?”

“Dədə-babadan biz aparıb, qoyun-quzunu orda otarmışıq. İndi həmin ərazilərdə pambıq əkilir, bəs, biz mal qaranı hara aparaq?"

İmişli sakinlərinin dediklərindən

İmişli rayon İcra Hakimiyyətində şöbə müdiri Mirzə Quliyev ağacların kəsilməsi haqda deyilənləri təkzib edir. O bildirir ki, haqqında danışılan ərazilər əkin sahəsi olub, son 3-4 ildir də orda pambıq əkilir.

O ki, qaldı kəndlilərin örüş yerinin olmamasına Mirzə Quliyev bildirir ki, onlara bələdiyyənin balansında olan ərazilər ayrılıb. Kəndilər də ancaq həmin yerlərə mal-qaralarını apara bilərlər.

Əsas gəlir yerləri maldarlıq olan İmişlinin Bəcirəvan, Cavadlı kənd sakinləri isə deyirlər ki, dədə-babadan indi pambıq əkilən ərazilərdə mal-qaranı otarıblar. Başqa da örüş yerləri yoxdur.

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev bildirir ki, meşə ağacların kəsilməsi ilə deyil, pöhrələrin qırılması ilə məhv olur. Ona görə də meşədən otlaq məqsədi ilə istifadə olunmasının qarşısı alınmalıdır. Amma onun fikrincə bunun qarşısı meşələri çəpərləməklə alınmamalıdır:

“Kəndlinin heyvanını otarmağa yeri yoxdursa, o da gizli yollarla heyvanı meşəyə qaldıracaq. Çünki onun başqa əlacı yoxdur. Mənim müşahidə etdiyim, araşdırmalar apardığım problemli ərazilərdə meşələri işbazlar mənimsəyiblər. Meşələrdən kommersiya məqsədi ilə istifadə edirlər. Məsələn, meşəbəyləri kimdir? Onlar meşədən odunu ehtiyacı olanlara satanlardır”.

Cəmşid Quliyev yada salır ki, meşələri qorumaq üçün illərdir nəzarətçilər, meşəbəyilər var amma meşələr qırılır. Onun fikrincə, bunun həlli üçün meşəyə nəzarətçi qoymaq yox, əhalinin istilik problemini həll etmək lazımdır, meşəni çəpərləmək yox, kəndliyə örüş yeri verilməlidir.

Həmkarlarımız Bakıda da bir neçə sakindən meşələrin çəpərlənməsi ilə bağlı fikirlərini soruşub. Bakıda eşitdiyimiz cavabları izləyək:

Vətəndaşlar meşələrin çəpərlənməsi haqda danışır
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Nazirlikdən onu da bildiriblər ki, meşə fondunun əkinə yararlı açıq sahələrində meyvə bağlarının salınması üçün sahibkarlara uzunmüddətli icarəyə veriləcək. 2021-ci ilə qədər bu ərazilərdə qoz, fındıq, şabalıd, nar və digər ağacların əkilməsi nəzərdə tutulur.

Amma ekoloq-jurnalist Cəmşid Quliyev deyir ki, meşə bütün xalqın üzünə açıq olmalıdır. Dəniz kənarının insanların üzünə hasarlandığı kimi, meşələri də hasarlamaq absurd qərardır.

Bu günlərdə Nazirlər Kabineti meşələrdən meyvə yığanlara cərimələrin kəskin artırılması ilə qərar vermişdi. Bu qərar sosial şəbəkələrdə tənqidlərlə və ictimai qınaqla qarşılanmışdı. Sonradan prezident İlham Əliyev də məsələuə qarışmış və həmin qərar ləğv edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG