Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 18:26

Baş naziri ‘yalançı’ adlandıran mahnı sürətlə populyarlaşır


Britaniyanın baş naziri Theresa May

Britaniya mətbuatında dərc edilmiş xəbərlərə görə baş nazir Theresa May-i “yalançı” adlandıran mahnı ölkənin əsas musiqi onluğunda 3-cü yerə çatıb və zirvəyə doğru dırmanmaqda davam edir.

Buna baxmayaraq Captain Ska qrupu tərəfindən ifa edilmiş mahnını radiostansiyalar səsləndirməkdən imtina edirlər.

Britaniyanın məşhur Capital FM və Heart radioları “The Big Top 40 show” – 40 ən yaxşı mahnı reytinqi şousunda bu mahnını efirə verməkdən çəkiniblər.

Buna baxmayaraq, şou zamanı mahnının adı çəkilib və onun artıq 10-cu yerdə olduğu bildirilib.

Mahnının video klipində xanım May-in ən məşhur çıxış və müsahibələrindən istifadə edilib.

Mahnının mətni Theresa May-in siyasətini ən kəskin satirik dillə tənqid edir.

Mahnının nəqaratında deyilir: “O yalançıdır, yalançıdır, ona inanmaq olmaz, yox, yox!..”

Mətnin özündə isə belə misralar var: “tibb bacıları ac-yalavac, məktəbləri naəlac bu sınmış ölkəmi tanıya bilmirəm mən…”

Captain Ska qrupunun üzvü və mətn yazarı Jake deyib ki, mahnı “Mühafizəkar Partiyanın yürütdüyü siyasətin adi adamlara vurduğu zərbənin acılarını faş edir”.

Müəllif qəzəblidir ki, onun mahnısının radio dalğalarında səsləndirilməməsi ifadə azadlığının pozulması və ictimai rəyin boğulmasıdır.

Jake deyib ki, on minlərlə adam artıq bu mahnını internetdən dinləyib və o bütün başqa mahnılar kimi efirdə səslənmək haqqına malikdir.

Mahnının təşviqatı ilə Qənaətcilliyə Qarşı Xalq Assambleyası məşğuldur. Təşkilat adamları mahnının efirə verilməsi üçün petisiya yazmağa çağırır.

Captain Ska bildirib ki, mahnıdan 26 may və 8 iyun arasında qazanılan pulllar Britaniya boyunca yoxsullar üçün açılmış ərzaq banklarına veriləcək.

İyunun 8-də Böyük Britaniyada parlament seçkiləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG