Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:18

ABŞ müdafiə naziri Ukraynada atəşkəs ərəfəsində Kiyevə gəlib


ABŞ müdafiə naziri Jim Mattis

ABŞ müdafiə naziri Jim Mattis Ukraynanın şərqində elan olunmuş atəşkəs razılaşmasının beynəlxalq rəsmilər tərəfindən təsdiq edildiyi bir vaxtda, avqustun 23-də Kiyevə gəlib.

Mattis sözü gedən atəşkəs barədə heç bir şərh verməyib, lakin Ukrayna münaqişəsi üzrə ABŞ xüsusi elçisi təsdiq edib ki, avqustun 25-dən Ukraynanın Donbas regionunda “qeyri-müəyyən” müddətə atəşkəs elan olunub.

ATƏT səfiri Martin Sajdik deyib ki, “Normandiya dördlüyünün” dəstəyi ilə elan edilmiş atəşkəs razilaşmasına əsasən Donbas regionunda hərbi əməliyyatlar avqustun 25-də gecəyarı dayandırılacaq.

Bundan əvvəl “Normandiya dördlüyünə” daxil Almaniya, Fransa, Rusiya və Ukrayna avqustun 22-də telefon əlaqəsi vasitəsilə razılaşmanın əldə olunduğunu təsdiq etmişdilər.

Dördtərəfli telefon danışığında Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron Ukraynanın şərqində yeni dərs ilinin başlanması ərəfəsində davamlı atəşkəsin bərqərar edilməsi barədə razılaşmaya dəstək bildirmişdilər. Onlar bildiriblər ki, bu atəşkəs uşaqların təhlükəsiz şəkildə məktəblərə getməsinə imkan verəcək.

ABŞ-ın Ukrayna münaqişəsinin çözümü üzrə xüsusi nümayəndəsi Kurt Volker bundan əvvəl Ukraynada elan edilmiş atəşəkəsə öz dəstəyini bildirmişdi.

AzadlıqRadiosunun verdiyi xəbərə görə Mattis və Volker Kiyevdə Ukraynanın hökumət rəsmiləri ilə danışıqlar aparacaq və “Ukraynanın suverenlik və ərazi bütövlüyünün bərpası istiqamətində növbəti diplomatik addımları” müzakirə edəcəklər.

Mattis avqustun 24-də Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən parada tamaşa edəcək və prezident Petro Poroşenko ilə görüşəcək.

ABŞ müdafiə nazirinin ABŞ-ın Ukraynaya qeyri-döyüş avadanlığı dəstəyinin davam etdirilməsini təsdiq edəcəyi gözlənilir.

Bu arada Kiyev ABŞ-dan tank və təyyarə əleyhinə silahlar da daxil, daha böyük hərbi dəstək gözləyir.

Mattis Kiyevə gəlməzdən əvvəl Ankarada olub və Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG