Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:29

Parlament maskaya görə cərimələri müəyyən etdi


Karantinin yumşaldıldığı bir vaxtda...
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Karantinin yumşaldıldığı bir vaxtda...

Milli Məclisin bu gün, iyunun 2-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər üçüncü oxunuşda müzakirə edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bundan əvvəl layihə Milli Məclisin mayın 31-i və iyunun 1-də keçirilən iclaslarında birinci, ikinci oxunuşlarda qəbul olunmuşdu.

Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Cərimələr fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslər üçün isə 200 manat müəyyən edilib.

Sənədə əsasən, bu xətanın karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə də cərimələr qoyulub. Bu halda cərimə fiziki şəxslərə 100, vəzifəli şəxslərə 200, hüquqi şəxslərə isə 400 manat olmalıdır.

Mayın 29-da Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" Qərar qəbul edib. Həmin qərarda qapalı yerlərdə, kafelərdə, ofislərdə, növbələrdə maskalardan istifadənin lazım olduğu əksini tapıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 377 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 5 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 69 nəfər vəfat edib.

Pandemiya ilə bağlı martın 24-dən Azərbaycanda karantin elan edilib.

Multimedia

XS
SM
MD
LG